Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-44/2024 13.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə, Qərardan şikayət verən şəxs X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİ tağımının əməkdaşı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərardan şikayət verən şəxs X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİ tağımı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırdı ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayır. Özünə məxsus “Kamaz 55111” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Ölkə ərazisində yük daşımaqla ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kamaz 55111” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu Sanqaçal qəsəbəsində yerləşən DİN-nin BDYPİ-nin YPXA-nın stasionar postunun ərazisindən keçərkən YPXA-nın Vİ tağımının əməkdaşı X1, icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla qanunvericliyin tələblərini pozaraq avtomobili idarə etdiyini əsas gətirərək, onun barəsində İXM-nin 353.2ci maddəsi ilə protokol tərtib etmişdir. Lakin, həmin vaxt YPX-nin əməkdaşı onun idarə etdiyi avtomobili xüsusi quraşdırılmış tərəziyə belə çıxardmamış, avtomobildə olan yükün miqdarını müəyyən etməmiş və bununla əlaqədar ona heç bir sənəd təqdim etməmişdir. Bundan sonra bilmişdir ki, YPX-nin inspektoru polis leytenantı X5 həmin günü onun barəsində İXM-nin 353.2-ci maddəsi ilə İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib etmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə onun həmin maddə ilə 600 manat cərimə olunması barədə TP ******* saylı qərar qəbul etmişdir. Onun həmin qərardan və protokoldan heç bir xəbəri olmamış, barəsində tərtib olunmuş protokolu və həmin protokol üzrə qəbul edilmiş qərarın nüsxəsini o, Hacıqabul RPŞ-dən əldə etmişdir. Həmin protokolun əsassız olduğunu və buna görə də, barəsində qanunsuz tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsini və həmin protokol üzrə qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il qərarın icrasına xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən BDYPİ-nin Vİ tağımının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə BDYPİ-nin Vİ tağımının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilin maksimum icazə verilən yükü 32 tondur. Qərardan şikayət verən şəxs X6 ƏN-İİİ 144754 nömrəli etibarnamə əsasında “Kamaz 55111” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən - İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. BDYPİ-nin Vİ tağımı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolda göstərilir ki, qərardan şikayət verən şəxs X6 idarə etdiyi “Kamaz 55111” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 11:14-də yükdaşıma qaydasını pozaraq, normadan artıq yük daşımışdır. Bu barədə qərardan şikayət verən şəxs X3 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol tətbiq edilmiş və X2 yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXMnin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci fəslinin, həmin Məcəllənin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, Qərardan şikayət verən şəxs X3 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair BDYPİ-nin Vİ tağımı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və Qərardan şikayət verən şəxs X4 əsassız yazılmış 600 manat inzibati cərimə silinməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən aşağıdakılar iş üzrə sübut edilməli olan hallara aiddir: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Hazır ki, inzibati xəta haqqında iş üzrə materiallardan məlum olur ki, DİN BDYPİ-nin YPXA-nın əməkdaşı tərəfindən “Kamaz 55111” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 barəsində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş, lakin inzibati xətanın törədilməsini sübut edən hallar müəyyən edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda “Kamaz 55111” yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə edilməsi qeyd edilsə də, avtomobilin yükü tərəzi vasitəsilə müəyyən edilməmiş, bu barədə avtomobili idarə edən şəxs X4 hər hansı sənəd verilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Qərardan şikayət verən şəxs X3 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və qərardan şikayət verən şəxs X4 əsassız yazılmış 600 manat inzibati cərimə silinsin. X3 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə DİN-nin BDYP-də yenidən baxılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-44/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-44/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver