Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-443/2023 28.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Salyan rayonu Qubalıbaloğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Hacıqabul şəhəri Bakı küçəsində “VAZ 21011” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X6 X8 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri Bakı küçəsində Hacıqabul rayon X6 X8 yol patrul xidməti inspektoru tərəfindən saxlanılarkən ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin polis sahə rəisi X7 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar eyni vaxtda məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Hacıqabul RPŞnin İTB-nin sahə rəisi X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Hacıqabul rayon X5 Bölməsinin təhqiqatşısı polis mayoru X1 xx.xx.2023-cü il tarixdə Şəxs barəsində toplanmış HK-1/1283 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin DYPB-yə göndərilmişdir. Ona görə də onun barəsində Hacıqabul RPŞ-nin DYPB-də İXM-in 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokollarda qeyd olunan əməlləri törətmişdir. Bir həftə bundan qabaq Ağdam rayonunda olarkən adını bilmədiyi şəxsdən narkotik vasitə marixuana əldə edərək qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə özünə məxsus “VAZ 21011” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri Bakı küçəsində idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərinin yoxlanması zamanı YPX əməkdaşı onun hərəkətlərindən şübhələndiyi üçün onu həkim müayinəsinə aparmışdır. Həkim müayinəsi zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Əsəbi olduğu üçün həmin vaxt ucadan nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Ailəlidir və himayəsində 2 azyaşlı uşağı vardır. İlk dəfədir narkotik vasitə qəbul edir və törətdiyi əmələ görə də çox peşmandır və xəcalət çəkir. Odur ki, onun barəsində yüngül cəza tənbehi tətbiq edilməsini xahiş etdi. “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsinin həkim-narkoloqu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 659 nömrəli aktda göstərilir ki, müayinə zamanı Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti –MET+ metamfetamin pozitiv aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin DYPB-yə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 10:55-də tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək həbs, 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən saat 10:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 7 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin, xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 7 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 10:55-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(071)-443/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-443/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver