Məhkəmə qərarları › İş №3(071)-444/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-444/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-444/2023 28.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul RPŞ-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan X3 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Hacıqabul rayon Rəncbər kəndində yaşadığı evdə qeyri-rəsmi nikahda olan həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə, X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 özünü qismən təqsirli bilərək izahatında məhkumluğu olmadığını, oğlu Əliş və Zərərçəkmiş şəxs ilə özünə məxsus evdə yaşadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində oğlu Əlişi avtomobillə onun iş yerinə aparıb qoyduqdan sonra evə qayıtmışdır. Evə daxil olduqdan sonra evdə natəmizliyin olmasından və Zərərçəkmiş şəxs çarpayıda üzanmasından əsəbləşərək Zərərçəkmiş şəxs əli ilə itələmiş nəticədə o, divana yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs “102” xidmətinə müraciət edərək polisə məlumat vermiş, o, isə həmin vaxt evdə olmuş polisin gəlməsini gözləmişdir. Şəxs əlavə olaraq onuda bildirdi ki, evdə natəmizlik olduğu üçün əvvəllər dəfələrlə Zərərçəkmiş şəxs xəbərdarlıq edərək təmizlik işlərinin aparmasını ondan tələb etmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Hacıqabul rayonu Rəncbər kənd sakini X7 ilə qeyri-rəsmi nikaha daxil olmuş və hazırda ona məxsus evdə yaşadığını bildirdi. Onlarla birlikdə V.Rüstəmovun əvvəlki nikahdan anadan olmuş Əliş adlı oğlu da yaşayır. Əliş “Qədirxum” restoranında xidmətçi işləyir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Əlişə səhər yeməyi hazırlamış, bundan V.Rüstəmov öz avtomobili ilə Əlişi iş yerinə aparmışdır. Əliş və V.Rustəmov getdikdən sonra o, yataq yerinə qayıdaraq uzanmışdır. Təxminən yarım saat sonra V.Rustəmov evə qayıtmış yataqda olduğu vaxt ona yaxınlaşaraq söyüb təhqir etmiş, baş və sol çiyin nahiyyəsinə yumruq vurmuş, o, ağladığından V.Rustəmov ondan əl çəkərək uzaqlaşmışdır. Bundan sonra baş vermiş hadisə barədə qardaşı X8 xəbər verərək, “102” xidmətinə məlumat vermişdir. Hal-hazırda qardaşının evində yaşadığını və Vüqarın onunla barışacağı təqdirdə onunla barişacağını bildirmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 366 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşağıda qeyd olunan xəsarətlər aşkar edilmişdir – döş qəfəsinin arxa səthinin qançırı, başın təpə nahiyyəsinin hematoması. Həmin xəsarətlərin küt əşyanın təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ biləcəyi qeyd edilmişdir. Xəsarətlərin yaranması müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, X6 tərəfindən xx.xx.2023-cü il tarixdə zərər çəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, X6 İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM–in 30.2-ci maddəsinə əsasən-hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, X3 ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar