Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-448/2023 04.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Quba rayonu Xınalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2-ci qrup əlil, Quba rayonu Xınalıq kəndində qeydiyyatda olan, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşları yol hərəkət qaydasını pozduğuna görə saxlamış, bu zaman o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Hacıqabul rayon ərazisində heyvandarlıqla məşğul olur. Quba rayonu Xınalıq kəndində qeydiyyatda olsa da, Hacıqabul rayonu Muğan qəsəbəsində müvəqqəti yaşayır. Özü 2-ci qrup əlildir və ürək xəstəliyindən əziyyət çəkir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Toyota Hilux” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dərman almaq məqsədi ilə Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən “Loğman” aptekə gəlmiş, aptekdə olarkən tanımadığı 2 nəfər şəxsin ona DYP əməkdaşının onun avtomobilinin şəklini çəkdiyini bildirmişdir. O, dərhal aptekdən çıxıb həqiqətən də DYP əməkdaşının onun avtomobilinin şəklini çəkdiyini görmüş, səbəbini soruşduqda polis əməkdaşları ona avtomobildə konstruksiya dəyişikliyi etdiyini bildirərək, ona protokol tərtib edəcəklərini bildirmişlər. O, buna hər hansı etiraz etməmişdir. Həmin vaxt o, heç bir qanun pozuntusuna yol verməmişdir, polis əməkdaşı ona qarşı hər hansı qanuni tələb irəli sürməmişdir. Sözlü mübahisə zamanı polis əməkdaşı onu polis şöbəsinə dəvət etmiş, o isə heç bir etiraz etmədən avtomobili ilə birlikdə polis şöbəsinə getmişdir. Onun avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Polis Şöbəsində olarkən polis əməkdaşı tərəfindən ona qarşı hər hansı qanuni tələbin irəli sürülməməsini, əksinə polis əməkdaşının onunla kobud şəkildə rəftar etməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, Hacıqabul RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində Hacıqabul RPŞ-nin DYPBnin YPX inspektoru polis baş serjantı X5 ilə “Kia Sportage" markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobili ilə xidmətdə olarkən “Toyota Hilux” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi olunduğu görüb həmin avtomobili saxlanılması üçün çağırış etmişlər. Avtomobilin sahibi Şəxs avtomobili saxlayaraq “Loğman” aptekə girdi. Kənarda bir neçə dəqiqə gözlədikdən sonra bir qədər irəli gedib dayanmışlar. Sürücü aptekdən çıxıb onlara tərəf yaxınlaşmışdır. Həmin vaxt sürücüyə özünü təqdim edərək qayda pozuntusunu etdiyini, avtomobildə konstruksiya dəyişikliyi etdiyini bildirmiş və avtomobilin sənədini tələb etmişdir. Sürücü onun bu tələbinə məhəl qoymadı və avtomobilinə minərək oradan uzaqlaşdı. Sonra onlar avtomobili Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində saxlamış və sürücü Şəxs avtomobili ilə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən sürücü Şəxs onlardan DİN 102 xidmətinə zəng edərək şikayət etmişdir. Cərimə meydançasında onlar avtomobilin duracağa yerləşdirilməsi barədə akt tərtib etmişlər, lakin Şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra onun barəsində İXM-in 342-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 11:00-da tutulmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 04 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:10 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman X10 əməkdaşı onun idarə etdiyi maşını saxlayaraq, ona avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün avtomobilin cərimə meydançasına yerləşdiriləcəyini bildirmişdir. Bu zaman onlar arasında sözlü mübahisə yaranmış və nəticədə Şəxs avtomobili ilə birlikdə polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş raportdan belə müəyyən olunur ki, Şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən sanki tabesizlik göstərmiş, polis əməkdaşları onu nizam imtizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə polis əməkdaşının Şəxs qarşı hər hansı formada “qanuni tələb” irəli sürməsini, onu nizam intizama dəvət etməsini təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, “Yol Patrul Xidməti haqqında” Təlimatın 4.7-ci bəndində göstərilir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Lakin, YPX xidmətinin inspektoru tərəfindən sürücü Şəxs ilə aralarında aparılmış danışığı əks etdirən, inspektor tərəfindən sürücünün nizam intizama dəvət edilməsi ilə bağlı “qanuni tələb” irəli sürülməsini təsdiq edən video və ya səs yazısı materiala əlavə edilməmiş, məhkəmə baxışı zamanı bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(071)-448/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-448/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver