Məhkəmə qərarları › İş №3(071)-45/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-45/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-45/2023 09.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X20 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4, Zərərçəkmiş şəxs nümayəndəsi X10 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistan rayonunun Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-168/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən X2ndan xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 93 manat olmaqla 186 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 2693 (iki min altı yüz doxsan üç) manat təşkil edir. X2 icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X12 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, X4 tələbkar Zərərçəkmiş şəxs borcu 2693 manat qalmaqdadır. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X11 izahatında bildirdi ki, tələbkara olan pul öhdəliyini maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Borcunu ödəməkdən qəsdən yayınmır. Bundan sonra hər ay mütəmadi olaraq 193 manat ödəyəcəyinə söz verir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X13 izahatında bildirdi ki, X2 aliment borcunu ödəmir, 2693 manat borcu yaranmışdır. O, borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-168/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh X3 xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 93 manat olmaqla 186 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)- 168/2013 nömrəli icra sənədini könüllü icra etməsi üçün X2na tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, X1 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanı çəkib qurtardıqdan sonra icra məmuru tərəfindən ona tələbin könüllü icrası üçün yeni müddət təyin edilmişdir. Bu müddət ərzində borclunun 2693 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X11 məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını əsas gətirərək, borcunu ödəmədiyini bildirsə də, icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət nəzərə alındıqda bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda icra sənədi üzrə 2693 (iki min altı yüz doxsan üç) manat ödənilməmiş aliment borcu qalmaqdadır. Bununla da, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Hacıqabul şəhər Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar