Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-45/2024 13.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində “Vaz 210174” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X6 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis mayoru X3 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək material ilə birlikdə Hacıqabul rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində etibarnaməsi və sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 210174” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul –Muğan yolunda idarə edərkən saxlanılmış, sənədləri yoxlama zamanı Şəxs sürücülük hüququ olmadan avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Hacıqabul rayon X5 Bölməsinin təhqiqatşısı polis polkovnikleytenantı X4 xx.xx.2024-cü il tarixdə Şəxs barəsində toplanmış HK-1/152 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin DYPB-yə göndərilmişdir. Ona görə də onun barəsində İXM-in 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, onun sürücülük vəsiqəsi olsa da, məhkəmənin qərarı ilə sürücülük hüququ 6 ay müddətə məhdudlaşdırılımışdır və sonradan sürücülük vəsiqəsinin vaxtı bitmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində atasına məxsus “Vaz 210174” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə Hacıqabul-Muğan yolunda edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərinin yoxlanması zamanı YPX əməkdaşı onun hərəkətlərindən şübhələndiyi üçün onu həkim müayinəsinə aparmışdır. Həkim müayinəsi zamanı onun avtomobili narkotik vasitənin təsiri altında , sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Əməlindən peşmandır. Odur ki, onun barəsində yüngül cəza verilməsini xahiş etdi. “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsinin həkim-narkoloqu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 116 nömrəli aktda göstərilir ki, müayinə zamanı Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti –MTD+ (Metadon) pozitiv aşkar olunmuşdur. İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, Şəxs məxsus AB 812477 nömrəli sürücülük vəsiqəsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi X2 İştirakçısına verilən 39/23 nömrəli sertifikatdan görünür ki, Şəxs həmin mərkəzdə xx.xx.2023-cü il tarixdən narkoman kimi qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, sürücülük vəsiqəsinin müddəti başa çatmış Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində “Vaz 210174” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Onun Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, müayinə aktı və digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Elburus Məmmədov İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Hacıqabul şəhəri Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(071)-45/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-45/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver