Məhkəmə qərarları › İş №3(071)-450/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-450/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-450/2023 05.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X8, zərər çəkmiş şəxslər X7, X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 3A ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu İ.Qayıbov küçəsində X3, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində qonşusu X9 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Beləliklə, Əbilov X10 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar eyni vaxtda məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X13 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu İ.Qayıbov küçəsində X3, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində qonşusu X9 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə hər fakta görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Hacıqabul rayonu Ağacanlı kəndi ərazisisində balıq yetişdirib saxlamaqla məşğuldur. Balıq almaq məqsədi ilə Sabirabad rayon sakini Cəmil adlı şəxsə beh vermiş, lakin sonuncu vədinə əməl etmədiyi görüb onun telefon zənglərinə cavab vermədiyi üçün xx.xx.2023-cü il tarixdə Cəmilin qeyri rəsmi yaşadığı Ruhiyyə adlı xanımın evlərinə getmiş Cəmilin evdə olmasına baxmayaraq, Ruhiyyə onun evdə olmadığını bildirərək onu kənara itələmişdir. Bu vaxt Ruhiyyənin qolundan tutaraq kənəra çəkmiş və Cəmilin ünvanına təhqiredici sözlər işlətmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində gedərkən X12 onun qarşısını kəsərək yola mişar daşı tökərək, onun həmin küçəsdən keçməsinə icazə verməmişdir. Aralarında sözlə mübahisə olmuş, lakin Rəşadı vurmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şamxalı Hacıqabul rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Şamxal onlara gələrək qeyri rəsmi yaşadığı Cəmilin evdə olub-olmamasını soruşmuş, onunla mübahisə etmiş, sonra isə onun qolundan tutaraq ona vuraraq xəsarət yetirmişdir. Odur ki, Şəxs barəsində ən ağır cəza veriməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahatında bildirdi ki, Şamxalı Hacıqabul rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Şamxal onunla mübahisə edərək göz nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Odur ki, Şəxs barəsində ən ağır cəza veriməsini xahiş edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X1 və X7 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 26 may 2023-cü il tarixli və 31 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 310 saylı rəyinə əsasən X7 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyyəsinin qançırı, Sol əlin baş barmağının üst səthinin sıyrığı. Yuxarıda qeyd olunan xəsatətlərdən küt əşyanın təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayindən 1-2 gün əvvələ uyğundur. Sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 143 saylı rəyinə əsasən X2 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər – sağ baunun orta 1/3 hissəsinin qançırı. Sağ saidin iç səthinin orta 1/3 hissəsinin qançırı. Yuxarıda qeyd olunan xəsatətlərdən küt əşyanın təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayindən 2-3 gün əvvələ uyğundur. Sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. İş materiallarında olan elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, Şəxs ümumi xəstəlik səbəbindən 2-ci qrup əlildir və bu əlillik ona müddətsiz verilmişdir. Məhkəmə, iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən İXM-in 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, qanunvericilikdə edilmiş həmin dəyişiklik xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, 26 may 2023-cü il tarixli və 31 avqust 2023-cü il tarixli qərarlarla Şəxs barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərardan şikayət verilmədiyinə görə, qərarın təqdim edildiyi vaxtdan 20 gün keçdikdən sonra həmin qərar qanuni qüvvəyə minmiş və bundan sonrakı 3 ay ərzində inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş inzibati cərimə ödənilmədiyinə görə, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi yaranmışdır. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar