Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-453/2023 08.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ev 2, mənzil 1də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli və 07 dekabr 2023-cü il tarixli MN ******* inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ilə mübahisə edərək, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Rəvan Fərəcov raportla polis şöbəsinə müraciət edərək, Hacıqabul şəhəri İ.Qayıbov küçəsində xidmətdə olduğu vaxt şəhər sakini Şəxs ona yaxınlaşıb onunla mübahisə etdiyini, ünvansız nəlayiq ifadələr işlətdiyini və onun qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərini davam etdirdiyini bildirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ev 2, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Hacıqabul şəhərində fədi sahibkarlıqla məşğuldur. Hacıqabul şəhəri ərazisində market işlədir və vergi ödəyicisidir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşıb rəis müavininin onu çağırdırdığını bildirərək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində də polislərə qarşı heç bir hörmətsizlik etməmiş, heç bir nalayiq ifadə işlətməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət edən vaxt o, uşaqları xəstəxanada olduğuna görə polis şöbəsinə getmək istəməmişdir. Bu səbəbdən polis əməkdaşları ilə onun arasında xırda mübahisə yaranmışdır. Sonradan polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Ailə vəziyyətini, himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Rəvan Fərəcov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X3 və PPXB-nin manqa komandiri, polis baş serjantı X4 ilə birlikdə hərəkətdə olan zaman adını sonradan bildiyi Hacıqabul şəhər sakini Şəxs qəfildən onların yanına yaxınlaşaraq, ucadan qışqıraraq hansı səbəbən rahat işləməyinə icazə vermədiyimizi onlardan soruşmuşdur. Şəxs sakitləşdirib məsələnin nə olmasını ondan soruşduqda Rəşad onlara məhəl qoymamışdır və hərəkətlərini davam etdirmişdir. Məsələni aydınlaşdırmaqdan ötrü Şəxs rayon polis şöbəsinin inzibati binasına dəvət etdikdə, Şəxs onların başılarına oyun açacağını, özünə məxsus olan mobil telefonun kamerası ilə çəkib sosial şəbəkədə paylaşacağını bildirib ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, özünün işlətdiyi marketin qarşısında polis əməkdaşlarının acığına küçə ticarəti ilə məşğul olacağını bildirmişdir. Onun etdiyi əməlin inzibati xəta olduğunu onun nəzərinə çatdırdıqda, o polisi nalayiq ifadələrlə təhqir etdiyinə görə onu dəfələrlə nizam- intizamlı olmağa dəvət etmişlər. Şəxs isə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq 10-15 dəqiqə ərzində öz hərəkətlərinə davam etdirmişdir. Daha sonra Şəxs Hacıqabul rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclası zamanı şahid X4 şahid Rəvan Fərəcov ilə eyni məzmunlu izahat verdi. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 17:40-da tutulmuşdur. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun himayəsində dörd azyaşlı uşağı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(071)-453/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-453/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver