Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-455/2023 22.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Telman oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin baş inspektoru polis kapitanı Emin Budaqovun iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol massivi ev 11, mənzil 25-də olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1 və 272.3-cü maddələri ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Polis Şöbəsi İTB-nin baş inspektoru polis kapitanı Emin Budaqov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokollarda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində ov silahını saxlama qaydasını və ov qaydalarının kobud şəkildə pozaraq 02 ədəd çöl ördəyi ovlamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək, izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyi tərəfindən ona ovçuluq bileti verilmiş, onun xx.xx.2024-cü ilədək ov etmək üçün və 519-H-22-YT-65 nömrəli tək lüləli “Hükümdar” markalı yivsiz ov tüfəngi üçün lazımi icazə sənədi vardır. Sumqayıt şəhərində daimi qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə özünə 12 kalibrli, "Hükümdar” markalı, 519-H-22-YT-65 nömrəli yivsiz lüləli silah almışdır. xx.xx.2023-cü il tarixdə işlədiyi “Mətanət A” şirkətinə məxsus mataları-yükləri şirkətin adına olan “İsuzu” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı və iş yoldaşı X1 idarə etdiyi “İsuzu” markal **-JF-*** dövlət qeydiyyat nişanlı maşınla Gəncə şəhərinə yük aparmışlar. Yükləri boşaldıb geriyə Yevlax rayonunda E.Xəlilova məxsus evdə gecə qalıb səhər saat 08 radələrində geriyə Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul rayonuna çatmışlar. Gəncə şəhərinə gedərkən E.Xəlilovda da, özünə məxsus 12 kalibrli, "Hükümdar” markalı silahını götürmüşdür. Silahları götürməkdə məqsədi sınaq atəşi etmək olub, lakin Hacıqabul rayonu Muğan qəsəbəsinə çatanda göl görmüşlər, orada ördəklər uçurmuş və tamahlanıb vurmaq istəmişlər. Maşınları saxlayıb aşağı düşmüşlər. Elgün və özü silahlarından hərəyə 7 patron atmışlar, 2 ədəd ördək vurmuşlar. Təxminən həmin günü saat 11 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, silahların sənədini və ov üçün icazəni istəmişlər, lakin heç bir icazə almadan ov etdiklərini bildirmişlər. Ona görə Hacıqabul RPŞ-yə dəvət edilmişlər. Hacıqabul rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polsi polkovnikleytenantı Namazov tural Tapdıq oğlu xx.xx.2023-cü il tarixdə HK -1/1278 nömrəli nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 258-ci maddəsi ilə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 590.1 və 272.3-cü maddələri ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməli, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan həmin maddədə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməlidir. Belə ki, məhkəmə iclası zamanı inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin baş inspektoru polis kapitanı Emin Budaqov törədilmiş inzibati xəta ilə əlaqədar çıxış edərkən Şəxs konkret hansı hərəkətləri ilə silahın saxlama qaydalarını pozması barədə sübutlar təqdim edə bilməmiş, Şəxs barəsində hansı səbəbdən qeyd edilən inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib etməsinin səbəblərini izah edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.108.2002-ci il tarixli 769 saylı Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə” Qaydalarının 2.3-cü bəndinə əsasən ov etmək zamanı aşağıdakılar qadağandır: 2.3.1. aydın görünməyən hədəfə və səsə (xışıltıya) atəş açmaq; 2.3.2. 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və karteç ilə atəş açmaq; 2.3.3. ov patronlarında tez alışan materiallardan istifadə etmək; 2.3.4. sərxoş vəziyyətdə atəş açmaq; 2.3.5. ov silahını onun tətbiq edilməsi üçün başqasına vermək və ya başqasının silahı ilə ov etmək; 2.3.6. vəhşi heyvan və quşları avtomaşın, vertolyot və ya mühərrikli qayıqla qovaraq ovlamaq; 2.3.7. vəhşi heyvan və quşları mühasirəyə alaraq ovlamaq; 2.3.8. səssiz atəş açma və ya gecə nişangahı qurğusu ilə təchiz edilmiş odlu ov silahını tətbiq etməklə ov etmək. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ov tüfəngləri doldurulmamış halda gəzdirilməlidir. Tüfəng yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng, silah sahibi atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır. Göründüyü kimi Şəxs qeyd edilmiş qaydaların tələblərini pozması və əməllərində Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsində qeyd edilmiş inzibati xəta tərkibinin olması məhkəmə iclası zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1327 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs 519-H-22-YT-65 nömrəli 12 kalibrli, yivsiz, tək lüləli “HÜKÜMDAR” markalı ov silahını saxlama və təyinatı üzrə istifadə edilməsi üçün icazə vardır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 3-14-42/2-686-2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs və E.Xəlilov tərəfindən qanunsuz ov etmə nəticəsində təbiətə 11,0 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə və ov üçün verilmiş icazədə göstərilməyən yerlərdə ov etmək qadağandır. Göründüyü kimi, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində qeyd edilmiş inzibati xətanın törədilməsi, yəni ov qaydalarının kobud şəkildə pozulması (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-455/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-455/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver