Məhkəmə qərarları › İş №3(071)-460/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-460/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-460/2023 11.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə 153 ünvanda qeydiyyatda olmaqla, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 11 dekabr 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X9 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Umbayev X4 Sərxan Talıb oğlu ilə birlikdə kafedə saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, fakta görə Hacıqabul RPŞ-nin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Şəxs və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, onlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsindən ötrü material ayrılaraq qərarın surəti ilə birlikdə Hacıqabul rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərimişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, protokolda qeyd edilənlərin heç biri həqəqətə uyğun deyil. Belə ki, o, X2 uzun müddətdir ki, tanıyır və münasibəti vardır. O, X7 ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonunda təsadüf nəticəsində tanış olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafeyə getmiş, orada o, masaların birində adını sonradan bildiyi Sərxan Əhmədovu görmüşdür. O, kafedə olan, üzdən tanıdığı şəxslərə işə düzəlmək istədiyini bildirib söhbət edən zaman Sərxan Əhmədov ona yaxınlıqda su kəmərinin çəkilməsi ilə bağlı işçi qüvvəsi lazım olduğunu bildirmişdir. Sərxan Əhmədovun bu sözlərindən sonra onlar bu mövzuda söhbət etməyə başlamış və onlar Sərxan Əhmədovla spirtli içki qəbul etmişlər. Söhbət əsnasında Sərxan Əhmədov ondan istifadə etmək üçün marixuana tapa bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt tanıdığı X5 ilə birlikdə bir neçə dəfə marixuana istifadə etdiyi onun yadına düşmüş və Əlizadə Ağayevin onlar üçün marixuana təşkil edə biləcəyini güman edib Sərxan Əhmədova bu barədə məlumat vermişdir. O, Sərxan Əhmədova tanışı Əlizadə Ağayevə zəng etmək lazım olduğunu bildirib ondan mobil telefonunu istəmişdir. Sərxan Əhmədov ona mobil telefonunu vermişdir. O, həmin mobil telefonla Əlizadə Ağayevə zəng etmiş və Əlizadə Ağayevlə mobil telefonla danışan zaman qonağının olduğunu bildirib onlar üçün marixuana təşkil etməsini xahiş etmişdir. Əlizadə Ağayev ona bir kibrit qutusunda marixuananı 60 manat müqabilində təşkil edəcəyini bildirmişdir. O, bu barədə Sərxan Əhmədova bildirmiş və Sərxan Əhmədov bununla razılaşmışdır. X11 Əhmədovun 60 manat pulu onun plastik kartına göndərməsini bildirmişdir. O, Sərxan Əhmədovun ***-***-**-** mobil nömrəsini Əlizadə Ağayevə vermiş və plastik kartın nömrəsini həmin nömrəyə atmasını bildirmişdir. Bir qədər sonra Əlizadə Ağayev özünə məxsus plastik kartın nömrəsini mobil nömrəyə atmışdır. Bundan sonra o, və Sərxan Əhmədov “Araz” marketə getmiş və orada Sərxan Əhmədov terminal vasitəsi ilə Əlizadə Ağayevin mobil telefonda göndərdiyi kart kodunu daxil edib 60 manat pulu Əlizadə Ağayevin hesabına göndərmişdir. Sərxan Əhmədov pulu Əlizadə Ağayevə göndərəndən sonra qəbzin şəkilini Əlizadə Ağayevə göndərmişdir. Sonra o, Əlizadə Ağayevlə yenə də Sərxan Əhmədovun mobil telefonu ilə əlaqə saxlamış və Əlizadə Ağayev onlara bir qədər gözləmələrini bildirmişdir. X12 gözləməyə başlamış və Hacıqabul ərazisində yerləşən müxtəlif kafelərə gedib orada pivə içmişlər. Bir neçə saat sonra onlar yenə də Əlizadə Ağayevlə əlaqə saxlamış və Əlizadə Ağayev onu “Hacıqabul market” adlanan marketin yaxınlığında gözləmələrini bildirmişdir. O, Sərxan Əhmədovla birlikdə Əlizadə Ağayevin dediyi yerə gedib onu orada gözləməyə başlamış, bir qədər sonra Əlizadə Ağayev taksi ilə həmin yerə gəlmiş, onlar avtomobilə əyləşmiş və şam yeməyi yemək istədiklərini bildirib açıq restoranların birinə getmişlər. Onlar Hacıqabul rayonunda yerləşən “Çinarlı” adlanan restorana gəlmiş və avtomobildən düşüb restoranda əyləşmişlər. Onlar restoranda olan masaların birində əyləşib söhbət edən zaman Əlizadə Ağayev özü ilə gətirdiyi bir kibrit qutusunda olan marixuananı Sərxan Əhmədova vermiş və Sərxan Əhmədov həmin kibrit qutusunu şalvarının cibinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlib Sərxan Əhmədovun üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onları Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon X8 Bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini demişlər. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini bildirmişdir O, üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı bir qadağan olunmuş predmet və ya əşya aşkar olunmamışdır. O, həmçinin qeyd etmişdir ki, Sərxan Əhmədov əldə etdiyi marixuanadan ona verməmiş, X11 Əhmədova 60 manat müqabilində satdığı narkotik vasitənin pulundan ona verməmiş, o, yalnız Sərxan Əhmədovun narkotik vasitə əldə etməsi üçün Sərxan əhmədovu Əlizadə Ağayevlə tanış etmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsindən ötrü material ayrılaraq qərarın surəti ilə birlikdə Hacıqabul rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materillarında olan 30 avqust 2023-cü il tarixli 18/862 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “X3 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,80 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariaxuanadır. İş materillarında olan 30 avqust 2023-cü il tarixli 18/862 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “X1 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə ümumi çəkisi 2,11 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariaxuanadır. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. iş materiallarında olan MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında X7 ilə birlikdə kafedə saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs üzərindən narkotik vasitə aşkar olunması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Şəxs yalnız Sərxan Əhmədovun narkotik vasitə əldə etməsi üçün Sərxan onu Əlizadə Ağayevlə tanış etmiş və narkotik vasitənin əldə edilməsində ona köməklik etmişdir. Sərxan Əhmədov əldə etdiyi narkotik vasitədən ona verməmiş, Əlizadə Ağayev isə Sərxan Əhmədovdan aldığı 60 manat puldan ona heç nə verməmişdir. Sərxan Əhmədovun əldə etdiyi narkotik vasitənin miqdarı isə şəxsi istehlak miqdarından az olmuşdur (3,80 qram). Belə olan vəziyyətdə Şəxs əməlində İXM-nin 206-cı maddəsinin dispozisiyasında müəyyən edilmiş hərəkətlərdən hər hansı birinin olması müəyyən edilmir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar