Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-468/2023 19.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonu Axtaçı-Şirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Azərsu” Kür su təchizatı idarəsində operator işləyən, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayonu Axtaçı- Şirvan kəndi ərazisində “VAZ 21150” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X7 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X6 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahatında bildirdi ki, X4 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi “VAZ 21150” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Axtaçı-Şirvan kəndi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, sənədləri yoxlama zamanı Hacağa Hacıyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Hacıqabul rayon X5 Bölməsinin təhqiqatşısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu xx.xx.2023-cü il tarixdə X1 barəsində toplanmış HK-1/1367 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. X1 əməlində cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin DYPB-yə göndərilmişdir. Ona görə də onun barəsində İXM-in 329.1 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hacağa Hacıyevi rayon sakini kimi uzun müddətdir tanıyır. Onu çox nizam-intizamlı sürücü kimi tanıyır. Bugünədək qədər onun barəsində yol hərəkəti qaydalarını pozmağa görə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İlk dəfədir inzibati məsuliyyətə cəlb edilir. Odur ki, Hacağa Hacıyevin barəsində cərimə tənbehi tətbiq edilməklə onun islah olunacağını düşünür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X4 özünü İXMnin 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə evdə olarkən əvvəlcədən özündə olan narkotik vasitə marixuana qəbul etmiş, daha sonra özünə məxsus “VAZ 21150” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul rayonu Axtaçı- Şirvan kəndində küçələrində idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərinin yoxlanması zamanı YPX əməkdaşı onun hərəkətlərindən şübhələndiyi üçün onu həkim müayinəsinə aparmışdır. Həkim müayinəsi zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Ailəlidir və himayəsində 2 uşağı vardır. “Azərsu” Kür su təchizatı idarəsində operator işləyir. Başqa qazanc yeri yoxdur. İlk dəfədir narkotik vasitə qəbul edir və törətdiyi əmələ görə də çox peşmandır və xəcalət çəkir. Odur ki, onun barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş etdi. “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsinin həkim-narkoloqu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 712 nömrəli aktda göstərilir ki, müayinə zamanı X1 narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti –THC (+) marixuana -pozitiv aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X1 Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, müayinə aktı və digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Hacağa Hacıyev İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X1 ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, X3 cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, X1 həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-468/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-468/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver