Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-469/2023 20.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərər çəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunun Kürdçü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Kürdçü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, 18 dekabr 2023-cü il tarixdə saat 18:36 radələrində Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində hərəkət istiqamətinin tam olaraq əksinə hərəkət edərək həmin yerdə “ZonTes” markalı motosiklet ilə onunla üz-üzə hərəkət edən “Ford Transit” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “ZonTes” markalı motosikletin sürücüsü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair AP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X3 izahatında bildirdi ki, Şəxs 18 dekabr 2023-cü il tarixdə saat 18:36 radələrində sürücülük hüququ və sürücülük vəsiqəsi, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan dövlət qeydiyyat nişanları olmayan “ZonTes” markalı motosikleti Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində hərəkət istiqamətinin tam olaraq əksinə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisə yerindən yayınmış və nəticədə zərər çəkmiş şəxs X2 idarə etdiyi “Ford Transit” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, onun sürücülük hüququ yoxdur. 18 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində əmisi oğluna məxsus dövlət qeydiyyat nişanı olmayan “ZonTes” markalı motosiklet ilə Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində hərəkət istiqamətinin tam olaraq əksinə hərəkət edən zaman qəfildən qarşıdan gələn “Ford Transit” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı özləri xəsarət almasa da, “Ford Transit” markalı avtomobilin qabaq buferi, motosikletin isə dönmə işıqlarının biri sınmışdır. Törətdiyi əmələ görə çox peşmandır. Bunları nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, 18 dekabr 2023-cü il tarixdə saat 18:36 radələrində etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində çıxarkən qəfildən qarşıdan yolun əks istiqamətinə hərəkətdə olan “ZonTes” markalı motosikletlə toqquşmuşdur. Hadisə zamanı özləri xəsarət almasa da onun avtomobilinin qabaq buferi, motosikletin isə dönmə işıqlarının biri sınmışdır. Lakin, onun Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X2 Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki,18 dekabr 2023-cü il tarixdə saat 18:36 radələrində Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində onun idarə etdiyi avtomobil ilə “ZonTes” markalı motosiklet toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, lakin onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, o, sürücülük hüququ, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan, dövlət qeydiyyat nişanları olmayan idarə etdiyi “ZonTes” markalı motosikletlə “Ford Transit” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materialları ilə müəyyən olunur ki, Şəxs sürücülük vəsiqəsi və sürücülük hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(071)-469/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-469/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver