Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-47/2024 14.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi Şirvan Vəkil Bürosunun vəkili X3 iştirakı ilə hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hüquqi şəxs olan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodu tərəfindən “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri pozularaq formalaşan istehsalat tullantıları çalada qalaqlanır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələbini pozmuşdur. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Şirvan Vəkil Bürosunun vəkili X5 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərmaş CP” MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodu tərəfindən “Tullantılar haqqında “ Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri pozularaq formalaşan istehsalat tullantıları çalada qalaqlanır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi tərəfindən verilmiş kommersiya qurumlarının dövlət reyestri malumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-i təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmaqla, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı ünvan 1illərdən görünür ki, zavodun ərazisində olan çalada əsasən kağızdan, sellofandan və plastikdən ibarət məişət tullantıları mövcuddur. Məhkəmə hesab edir ki, Azərmaş CP” MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin dispozisiyasında sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən qalaqlanma qaydalarının pozulmasının konkret olaraq nədən ibarət olması müəyyən edilməmişdir. Eyni zamanda, həm İnzibati Xətalar Məcəlləsində, həm də “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda “qalaqlanma” terminin hansı hərəkərləri özündə əks etdirməsi qeyd edilməmişdir. “Qalaqlanma” termininin qrammatik mənasından müəyyən olunur ki, bu hər hansı əşyaların nizamsız, səliqəsiz şəkildə toplanması və yığılmasıdır. Bundan başqa, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunda 8-ci maddə aşağıdakı məzmunda verilmişdir. M a d d ə 8 . Tullantılarla bağlı istehsalat tələbləri İstehsal prosesində hüquqi və fiziki şəxslər: ətraf mühitin qorunması üçün, müəyyən olunan standartları, normaları və keyfiyyət üzrə tələbləri nəzərə almalı; “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlükəli tullantılarla bağlı fəaliyyəti lisenziya və icazə əsasında həyata keçirməli az tullantılı texnologiyaları mənimsəməli; istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi] məlumat verməli; tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli; qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi] və əhaliyə məlumat verməlidirlər. Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur. Maddənin 1-ci bəndində istehsal prosesində hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin qorunması üçün müəyyən olunan standartların, normaların və keyfiyyət üzrə tələblərin nəzərə alınmaları tələb edilir. Hazır ki, baxılan iş üzrə "xxxx" MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodu tərəfindən ətraf mühitin qorunması üçün konkret hansı standartları, normaları və tələbləri nəzərə almaması müəyyən edilməmişdir. Maddənin 2-ci və 3-cü bəndlərində qeyd olunan tələblərin hazırki baxılan işlə əlaqəsi olmadığı üçün məhkəmə həmin halları nəzərdən keçirməyi zəruri hesab etmir. Maddənin 4-cü bəndində hüquqi və fiziki şəxslər tərəfindən istehsal prosesində əmələ gələn tullantıların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmaları və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsinə məlumat vermələri tələbi qeyd edilmişdir. Bənddə qeyd dilən tələbdən məlum edilir ki, istehsal prosesində əmələ gələn tullantıların invertarlaşdırılması və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi əsasən iri həcmli, eləcə də, zərərsizləşdirilməsi xüsusi şərait tələb edən tullantılara aiddir. Hazırki iş üzrə materiallara əlavə edilmiş fotoşəkillərdən görünür ki, zavodun ərazisində yerləşən çalada əsasən məişət tullantıları olmuşdur. Həmin tullantıların zərərsizləşdirilməsi üçün onların invertarlaşdırılmasıvə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi məntiqə uyğun deyil. Maddənin 5-ci bəndində hüquqi və fiziki şəxslər tərəfindən tullantılarla bağlı istehsal nəzarətinin həyata keçirilməsi tələbi qeyd edilmişdir. Qeyd edilən tələb yalnız istehsal prosesində əmələ gələn sənaye tullatılarına aiddir. Hazırki, işdə isə fotoşəkillərdən görünür ki, aşkar edilmiş tullantılar məişət tullantılarıdır. Maddənin 6-cı və 7-ci bəndlərində qəza hallarının qarşısının alınması üçün tədbirlərin görülməsindən və zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar barədə qoyulan tələblərdir. Hazırki baxılan işdə ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yaranması, habelə zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantıların mövcudluğu aşkar edilməmişdir. Göründüyü kimi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindin tərtəbi edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodu tərəfindən “Tullantılar haqqında“ qanunun 8-ci maddəsinin tələblərinin pozulması qeyd edilsə də, məhkəmə araşdırması zamanı qanunun 8-ci maddəsində qeyd edilmiş tələblərin konkret olaraq hansının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərmaş CP” MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərmaş CP” MMC-nin X1 yerləşən avtomobillərin istehsalı zavodunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-47/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-47/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver