Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-472/2023 29.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442 və 451-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Hacıqabul Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442 və 451-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Muğan qəsəbəsində yerləşən Ruzi marketdə satışı qadağan olunmuş malları (protexniki) və aksiz markasız siqaret satışı etmiş, bununla da İXM-in 442 və 451-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə, həmin Məcəllənin 451-ci maddəsində isə nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 442 və 451-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndində rayon (şəhər) məhkəmələrinin baxdığı konkret inzibati xəta haqqında işlər üzrə Daxili İşlər Nazirliyi adından protokol tərtib etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərin siyahısı göstərilmişdir. Həmin bəndə əsasən İXM-in 442 və 451-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə protokol tərtib etmək səlahiyyəti DİN-in vəzifəli şəxslərinə verilməmişdir. Həmin siyahının 45-ci bəndinə əsasən İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokolu malların istehsalına münasibətdə (qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri, qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri, qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalına və ya satılmasına, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri tərtib edə bilərlər. Qeyd olunan siyahının 48-ci maddəsinə əsasən isə İXM-in 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokolu isə inzibati xətanın predmetindən asılı olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, X5 üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının vəzifələri şəxsləri tərtib edə bilərlər. Göründüyü kimi, qanunvericiliyə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı İXM-in 442 və 451-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işlər üzrə DİN-in vəzifəli şəxsinin protokol tərtib etmək səlahiyyəti olmadığı halda, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi C.K.Məbidov vətəndaş Şəxs İXM-in 442 və 451-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-in 109.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, Şəxs İXM-in 442 və 451ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 442 və 451-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4
Məhkəmə qərarları › İş №3(071)-472/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-472/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver