Məhkəmə qərarları › İş №3(071)-48/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-48/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-48/2023 14.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul şəhəri Bakı küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşayan Şəxs Məhrərrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Məhrərrəm oğlu xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində “Vaz 21070” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Hacıqabul şəhəri B.İbrahimov küçəsində yolun sağ kənarında dayanmış X1 məxsus “Vaz 21074” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobillərə maddi zərər vurmuşdur. Hacıqabul rayon X7 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, Şəxs Məhrərrəm oğlu xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində “Vaz 21070” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Hacıqabul şəhəri B.İbrahimov küçəsində yolun sağ kənarında dayanmış X1 məxsus “Vaz 21074” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hacıqabul rayon X4 Bölməsinin rəisi, polis mayoru X3 xx.xx.2023-cü il tarixdə Şəxs yol-nəqliyyat hadisəsi törətməsi barədə daxil olmuş müraciət əsasında toplanmış HK- 1/1226 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. Şəxs Məhrərrəm oğlunun əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin DYPB-yə göndərilmişdir. Ona görə də onun barəsində İXM-in 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində toy məclisində iştirak etmiş və spirtli içki qəbul etmişdir. Həmin gün saat 17:00 radələrində evə gedərkən idarə etdiyi “Vaz 21070” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, B.İbrahimov küçəsində hərəkətdə olarkən hava yağışlı və yer sürüşkən olduğu üçün idarəetməni itirmiş, nəticədə yolun sağ kənarında dayanmış X1 məxsus “Vaz 21074” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Odur ki, ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 340 saylı rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət- alın nahiyyəsinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarə küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/3582 №-li ekspertiza rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21070” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2022-ci il tarixli rəy aktından görünür ki, «Vaz 21070» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 635,00 manat maddi ziyan dəymişdir. Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2022-ci il tarixli rəy aktından görünür ki, «Vaz 21074» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 588,00 manat maddi ziyan dəymişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1291 nömrəli aktda göstərilir ki, 1994-cü il təvəllüdlü Şəxs Məhrərrəm oğlu xx.xx.2022-ci il tarixdə həkim S.Həşimova tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs Məhrərrəm oğlunun qanında alkoqolun konsentrasiyasının 0,4 promil olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Məhrərrəm oğlunun Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni onun alkoqoldan istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi və bunun nəticəsində zərər çəkmiş şəxsə məxsus avtomobilə maddi zərər vurması özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, müvafiq ekspertiza rəyi, maddi zərərin vurulmasına dair mütəxəssis rəyi və iş üzrə digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, Şəxs əlavə tənbeh kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı, əsas tənbeh kimi cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Məhrərrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar