Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-49/2025 05.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli 00100-00123/25, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1100/012/033858 raporta əsasən 08ABC955/08ABC840 nömrə nişanı nəqliyyat vasitəsində daşınaraq "xxxx" MMCnin ünvanına göndərilmiş "qara meteallardan hazır məmulatlar” yükü Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-ci il taríxli **********4299 sorğu nömrəi gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Bakı Baş Gömrük İdarəsində "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2024-ci il tarixli **********4299 sorğu nömrəli gömrük bəyannaməsi ilə bayanedilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna kecirilmiş baxış zamanı müəyyən edilmişdír ki, xx.xx.2024-ci il tarixli **********4299 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 08ABC955/08ABC840 nömrə nişan nəqliyyat vasitəsində 23 noyabr 2024-cü il tarixdə saat 15:32-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilməmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən "xxxx" MMC və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Hacıqabul rayonu, Ağacanlı ünvanında qeydiyyatda olan “Hacıqabul Quşçuluq Şirkəti MMC (VÖEN:**********) tərəfindən təqdim edilən xx.xx.2024-ci il tarixli **********4299 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-ci il tarixli **********4299 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 08ABC955/08ABC840 nömrə nişanlı nəqliyyat vasitəsində 23 noyabr 2024-cü il tarixdə saat 15:32-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli **********4299 nömrəli gömrük bəyannaməsindən görünür ki, 08ABC955/08ABC840 nömrə nişan nəqliyyat vasitəsində 23 noyabr 2024-cü il tarixdə saat 15:32-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilməmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin təchizat şöbəsinin müdiri Nümayəndə iştirakı təmin edilmiş və izahatında bildirmişdir ki, malları daşıyan avtomaşının sürücüsü "xxxx" MMC-yə avtomaşın sərhədi keçməzdən əvvəl məlumat vermədiyindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elekton formada gömrük orqanına verilməsi mümkün olmamışdır və Cəmiyyət tərəfindən inzibati xətanın törədilməsi üzrə təqsirinin olması etiraf edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2 maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən X3 (kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə X3 (kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-49/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-49/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver