Məhkəmə qərarları › İş №3(071)-527/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-527/2022

08.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-527/2022 08.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X1, protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin BDAM inspektoru polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Salyan rayonu Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Hacıqabul rayon Su Meliorasiya İdarəsində usta işləyən, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:10-da Hacıqabul rayonu Rəncbər kənd yolunda VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərək, həmin yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn X1 idarə etdiyi VAZ 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili və Zərərçəkmiş şəxs2 idarə etdiyi BMW 520İ markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq, inzibati xəta törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin DYPB-nin BDAM inspektoru polis baş leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə gətirilmişdir. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin BDAM inspektoru polis baş leytenantı X5 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli AP 0117071nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da baş etibarnamə ilə ona verilən VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərək, Hacıqabul rayonu Rəncbər kənd yolunda idarə etməni itirmiş, qarşı yola çıxaraq həmin yolda hərəkətdə olan X1 idarə etdiyi VAZ 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili və Zərərçəkmiş şəxs2 idarə etdiyi BMW 520İ markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Əməlindən peşmandır. O, avtomobilini sataraq zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə razılaşmışdır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:10da Hacıqabul rayonu Rəncbər kənd yolunda VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onun idarə etdiyi VAZ 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq toqquşmuş, sonra VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil ondan arxada hərəkətdə olan BMW 520İ markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır, onun avtomaşınına maddi ziyan dəymişdir. Şəxs öz avtomobilini sataraq ona dəymiş ziyanı ödəyəcəkdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da Hacıqabul rayonu Rəncbər kənd yolunda VAZ 2107 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onun idarə etdiyi BMW 520İ markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır, onun avtomaşınına maddi ziyan dəymişdir. Şəxs öz avtomobilini sataraq ona dəymiş ziyanı ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinə əsasən - bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar