Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-529/2022 24.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəxs, protokolu tərtib etmiş şəxsin nümayəndələri X5, X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı rəhbərinin müavini tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəxs tərəfindən vətəndaş X2 xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinə etdiyi informasiya sorğusuna natamam cavab verərək, sonuncunun İnformasiya əldə etmək haqqında hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı rəhbərinin müavini X9 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və xx.xx.2022-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, vətəndaş X2 xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinə etdiyi elektron qaydada müraciətini - informasiya sorğusunu sistemdə gec gördüyünə və araşdırma aparıldığına görə vətəndaşın müraciətinə vaxtında cavab verə bilməmişdir. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından daxil olmuş xx.xx.2022-ci il tarixli sorğusu əsasında araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. İş yükünün çox olması və hər bir müraciətin araşdırılması vaxt tələb etdiyinə görə vətəndaşın müraciətinə yeddi iş günü ərzində və Ombudsman Aparatının sorğusuna 10 iş günü ərzində cavab vermək mümkün olmamışdır. Gecikmə ilə olsa da vətəndaşın informasiya sorğusuna və Ombudsman Aparatının sorğusuna cavab verilmişdir. Vətəndaşın sorğusunda istədiyi sualların cavabları Hacıqabul rayon İcra Hakimiyyətinin rəsmi internet saytında vardır və vətəndaş internet saytına girməklə istədiyi məlumatları əldə edə bilərdi. Bunlara baxmayaraq gələcəkdə belə nöqsanlara yol verilməyəcəyi və eyni zamanda sorğulara cavabları qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirəcəyini bildirdi. Bunları nəzərə almağı xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndəsi X7 məhkəmə iclasında protokolu müdafiə etdi və izahatında bildirdi ki, X6 xx.xx.2022-ci il tarixdə (Ombudsmanın) Aparatına elektron qaydada müraciət edərək, Hacıqabul rayon İcra Hakimiyətinə xx.xx.2022-ci il tarixdə informasiya sorğuları göndərdiyini və icra hakimiyyətinin onun sorğularına 7 iş günü ərzində cavab vermədiyini bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli informasiya sorğusu göndərək, xx.xx.2022-ci il tarixdə göndərdiyi informasiya sorğularına Hacıqabul rayon İcra Hakimiyyətinin hələ də cavab vermədiyini qeyd etmiş və tədbir görülməsini xahiş etmişdir. İnformasiya sorğusu xx.xx.2022-ci ildə Ombudsmanın Aparatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə Ş.Həziyevin informasiya soorğusu ilə bağlı X3 rayon İcra Hakimiyyətinə sorğu göndərmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixdə Ombudsmanın Aparatının xx.xx.2022-ci il tarixli sorğusuna cavab vermişdir. Bununla da 10 iş günü ərzində sorğuya cavab vermədiyini təsdiq etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə bildiriş göndərməklə Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsini xx.xx.2022-ci il tarixə işə baxılması üçün Ombudsmanın Aparatına dəvət etmişlər. Həmin vaxt icra hakimiyyətinin nümayədəsi Ombudsmanın Aparatında izahat verərək, informasiya sorğusuna vaxtında cavab verilmədiyini və cavabları tələsik hazırladığını etiraf etmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəxs informasiya sorğusuna vaxtında cavab vermədiyi xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və xx.xx.2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Odur ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndəsi X4 məhkəmə iclasında protokolu müdafiə etdi, X5 izahatı ilə razı olduğunu bildirdi və Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və inzibati protokolu tərtib etmiş şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, X2 Hacıqabul rayon İcra Hakimiyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli informasiya sorğularına cavab verilmədiyinə görə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsindən, yəni xx.xx.2022-ci il tarixdən (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 7 iş günü ərzində sorğuya cavab verməli idi) üç aydan artıq müddət keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata, cəlb etmə müddəti başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-529/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-529/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver