Məhkəmə qərarları › İş №3(071)-531/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-531/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-531/2022 16.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X3, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “KHAZAR” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən BDYPİ-nin YPXA-nin 7-ci Tağımı tərəfindən Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən 720 saylı stasionar postunda sənədləri yoxlamaq məqsədi ilə saxlanılan zaman həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili narkotik vasitələrdən istifadə edərək (narkotik vasitənin təsiri altında) idarə etdiyi məlum olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş leytenantı X2 tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmiş və material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati işi nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aid eyni fakt üzrə Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40-da Hacıqabul RPŞ-nin baş təhqiqatçısı, polis mayoru Z.Salahov tərəfindən cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, ********* nömrəli cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3, 240.3.2-ci maddələri ilə ittiham elan olunduğuna görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs vahid niyyətlə satış məqsədi ilə istintaq məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən təmiz çəkisi 3,850 qram narkotik vasitə olan heroini, üzərində “Methadone 40” yazılan konvalyutda üzərində “F/M40” yazılan ümumi miqdarı 0,4 qram, 10 ədəd həbdən ibarət sintetik narkotik vasitə olan metadonu, külli miqdar təşkil edən üzərində “ALYSE 150 mg Pregabaline capsule” yazılan ümumi miqdarı 5,10 qram olan 34 ədəd həbdən ibarət güclü təsir edici maddə olan preqabalini idarə etdiyi “KHAZAR” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 5,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı idarə etdiyi “KHAZAR” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağnda əlcək yuvasında saxlayaraq daşımış, 24 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, idarə etdiyi “KHAZAR” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə və güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. İş üzrə alınmış xx.xx.2022-ci il tarixli 6/5506-7/1097 nömrəli kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Şəxs idarə etdiyi avtomobildən...” yazı və imzalar olan zərfdə 1 ədəd kağıza sarınmış siqaret qutusu kağızında təmiz çəkisi 5,500 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,850 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd boruşəklində uc hissələrində qəhvəyi rəngli izlər olan 1 manatlıq pul əskinazının daxilində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir və 1 ədəd üzərində “OCB” yazılan qutuda boş kağızların üzərində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “...Şəxs ....aşkar edilərək götürülən həblər.....” yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda üzərində “F/M40” yazılan 10 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında eyni olub, sintetik narkotik vasitə metadondur. Ümumi sayı 10 ədəd olan həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 0,4 qramdır. 1 ədəd üzərində “Tramadol 50 mq” yazılan qutuda 3 ədəd üzərində “Tramadol 50 mq” yazılan konvalyutda (onlardan 1 ədədi bütöv 2 ədədi kəsik konvalyut olmaqla) ümumi sayı 18 ədəd olan ağ-göy rəngli kapsulalar güclü təsir edən maddə - tramadol olub, ümumi sayı 18 ədəd olan kapsulun tərkibində tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,90 qramdır. 2 ədəd üzərində “Klonazepam 2,0 mq Clonazepam ” yazılan konvalyut kəsiklərində ümumi sayı 6 ədəd olan ağ rəngli dairəvi formalı həblər psixotrop maddə klonazepamdır, ümumi sayı 6 ədəd olan həblərin tərkibində klonazepam təsiredici maddənin ümumi miqdarı 0,012 qramdır və 1 ədəd üzərində “ALYSE 150 mg Pregabaline capsule” yazılan qutuda 3 ədəd konvalyutda ümumi sayı 34 ədəd olan ağ rəngli kapsulalar güclü təsir edən maddə - preqabalin olub, ümumi sayı 34 ədəd olan kapsulun tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 5,10 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1), Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Klonazepam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzərət edilən psixotrop maddələrin siyahısına(Siyahı İl) daxildir. Tramadol və Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40-da Hacıqabul RPŞ-nin baş təhqiqatçısı, polis mayoru Z.Salahov tərəfindən cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, ********* nömrəli cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3, 240.3.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(071)-130/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs Şəxs barəsində əvvəli xx.xx.2022-ci il 17:10-dan hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar