Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-535/2022 17.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X7 katibliyi ilə Barəsində inzibati icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1, Hacıqabul rayon X6 yol polisi bölməsinin YPX inspektoru polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.2005-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Hacıqabul rayonunun Kolanı kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası Hacıqabul rayon X6 yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:15-də atasına məxsus “VAZ 2107” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və idarə etmək üçün hüququ olmadan Hacıqabul rayonu Talış kəndi ərazisində hərəkətdə olarkən bu zaman qarşısında hərəkətdə olan “VAZ 21074” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon X6 yol polisi bölməsinin YPX inspektoru polis baş leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Yetkinlik yaşına çatmayan şəxs Şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 11:15-də atasına məxsus “VAZ 2107” markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul rayonu Talış kəndi ərazisində qarşısı yola çıxmış və “VAZ 21074” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş Hacıqabul rayon X6 yol polisi bölməsinin YPX inspektoru polis baş leytenantı X5 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən- hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Usubov X3 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-535/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-535/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver