Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-54/2023 22.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, zərərçəkmiş şəxslər X7, X2 və X5, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Salyan rayonu Qubalıbaloğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Hacıqabul Rayon Məhkəməsinin 2(071)-375/2012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ürə 1900 manat əsas borc və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, cəmi 1940 (min doqquz yüz qırx) manat pul tutularaq X3, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-356/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 400 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat pul tutularaq X1 və Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 888/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 10000 (on min) manat pul tutularaq iddiaçı X8 ödənilməlidir. Hazırda icra sənədləri üzrə qalıq borc 11470,92 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Qətnamələr icraya yönəldiyi vaxtdan protokolun tərtib edildiyi vaxtadək Şəxs tələbkar X3 400 manat, X1 150 manat cəmi 550 manat ödəniş etmişdir. Digər tələbkar X8 isə icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Onun tələbkarlara hazırda olan borcu 11.470,92 manat təşkil edir. Borclu müəyyən məbləğdə ödənişlər etsə də, hər ay vaxtlı-vaxtında ödənişləri etmir və tələbkarlar israrla borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol məhkəməyə təqdim edildikdən sonra borclu Şəxs tələbkar Naməli Abdurrəhmanova olan qalıq 254 manat borcunu tam ödəmiş, Sənan Bədəlova 346 manat ödəniş etmiş, Xanım İbrəhimovaya isə 700 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədlərində göstərilən borclarını inkar etmir, qətnamələr qanuni qüvvəyə mindiyi gündən protokol tərtib edilənə kimi tələbkarlar X3 400 manat, X1 150 manat cəmi 550 manat ödəniş etmişdir. Ödənişləri vaxtında etməməsinin səbəbi stabil qazancının olmaması ilə əlaqədardır. Yığılmış 11.470,92 manat borcundan xx.xx.2023-cü il tarixdə 254 manat X1, 346 manat X3 və 700 manat X8, xx.xx.2023-cü il tarixdə isə X8 500 manat ödəniş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-356/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X1 olan borcunu tam ödəmişdir. Bundan sonra digər icra sənədləri üzrə borclarını da maddi imkanı həddində ödəməyə çalışacaqdır. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-375/2012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1900 manat əsas borc və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, cəmi 1940 (min doqquz yüz qırx) manat pul tutularaq X3 ödənilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-356/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 400 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat pul tutularaq X1 ödənilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-888/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X8 10.000 manat alınaraq X8 ödənilməlidir. İş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs 254 manat X1, 346 manat X3 və 700 manat X8 ödəniş etmişdir. İş materiallarında olan tələbkar X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs ona həmin gün 500 manat ödəniş etmişdir. Onun Şəxs qarşı şikayəti yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnamələri ilə müəyyən edilmiş borcundan maddi imkanının yol verdiyi həddə vaxtaşırı müəyyən məbləğlərdə ödənişlər etmiş, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra isə ümumilikdə tələbkarlara 1800 manat ödəniş etmişdir. Göründüyü kimi, borclu borclarını ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borclarını tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədlərində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(071)-54/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-54/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver