Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-55/2025 07.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkarın nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-847/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 17 fevral 2020-ci il tarixindən başlayaraq 2 uşağın saxlanılmasına görə cəmi 340 manat aliment alınaraq X5 ödənilməlidir. Belə ki hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 704 manat məbləğindəki aliment borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında böyük icra məmuru X6 bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aliment borcunu ödəməsi üçün vaxt verilmişdir. O, 704 manat aliment borcundan 50 manat ödəmişdir. Hazırda Şəxs aliment borcu 654 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, aliment borcundan 50 manat ödəmişdir. Məhkəmə tərəfindən ona aliment borcunu ödəməsi üçün vaxt verilməsini xahiş edir. Qalan 654 manat aliment borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X3 izahatında bildirdi ki, X7 onun qızıdır. Aliment borcunun atam şəkildə ödənilməsini tələb edir. Uşaqla liseydə oxuduğundan onların təhsil xərcləri kifayət qədər yüksəkdir. Şəxs uşaqların təhsil xərclərinin ödənilməsində iştirak etmir. Hazırda Şəxs aliment borcunun 654 manat olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 847/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-847/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin sənədin borclunun ünvanına göndərilməsinə və həmin vaxt ona rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sənəd materiala əlavə edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu dərhal icranı könüllü olaraq təmin etməli və barəsində məcburi icra tədbirləri görülməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 80 manat müharibə veteranı pensiyası almasi məlum olmuşdur. İcra və Probasiya şöbəsi tərəfindən borclunun əmlakına yerində baxış keçirmək üçün Hacıqabul rayonu, Atbulaq kəndində yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs müharibə veteranı olması, sağlamlıq və sosial-iqtisadi vəziyyəti, eləcə də hazırkı maddi imkanlarının məhdudluğu nəzərə alınmaqla, onun üzərinə düşən aliment öhdəliyini dərhal və tam şəkildə yerinə yetirməsi obyektiv olaraq mümkün deyildir. İcra və probasiya orqanının məlumatlarına əsasən, tələb yönəldilə biləcək əmlakının mövcud olmaması və gəlirinin yalnız 80 manat məbləğində veteran ödənişindən ibarət olması onun faktiki ödəmə qabiliyyətini məhdudlaşdırır. Belə olan halda, məhkəmə sosial ədalət və humanist yanaşma prinsipini rəhbər tutaraq, borclunun hüquqi və iqtisadi vəziyyətini nəzərə almaqla, ona aliment borcunu ödəməsi üçün əlavə müddət verilməsini məqsədəuyğun hesab edir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-55/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-55/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver