Məhkəmə qərarları › İş №3(071)-59/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-59/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-59/2024 11.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu Milabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu Dərəzli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhər qaçqın şəhərciyində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində “Kia Rio” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X1 Bölməsinin təhqiqatşısı polis mayoru X4 xx.xx.2024-cü il tarixdə Şəxs barəsində toplanmış HK-1/143 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin DYPB-yə göndərilmişdir. Hacıqabul rayon X3 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, “Kia Rio” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və taksi fəaliyyəti ilə məşğul olur. Təqribən 2 ilə yaxındır ki, metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi avtomobillə Bakı-Qazax yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində hərəkətdə olarkən YPX-nin əməkdaşları avtomobilə saxla əmri vermişdir. Avtomobilin gecikmiş cəriməsi olduğundan Hacıqabul şəhərində kafenin həyətinə avtomobili sürüb gizlətmiş, YPX-nin əməkdaşları getdikdən sonra avtomobili kafenin həyətindən sürərək çıxartmaq istəyərkən, həmin vaxt onlara polis əməkdaşları yaxınlaşmış və polislər onları Hacıqabul RPŞ-nə dəvət etmişlər. Sənədlərinin yoxlanması zamanı YPX əməkdaşı onun hərəkətlərindən şübhələndiyi üçün onu həkim müayinəsinə aparmışdır. Həkim müayinəsi zamanı onun avtomobili metamfetaminin təsiri altında idarə etdiyi məlum olmuşdur. Belə ki, o, həmin gün səhər saatlarında metamfetamindən istifadə etmişdir. Törətdiyi əmələ görə də çox peşmandır və xəcalət çəkir. Odur ki, onun barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi həkim-narkoloqu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 443 nömrəli aktda göstərilir ki, müayinə zamanı Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti – sidiyində MET (+), THC(+), Amp aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, müayinə aktı və digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, Şəxs yalnız nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar