Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-6/2025 06.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Hacıqabul RPŞ-dən məhkəməyə daxil olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli və İXP ******* nömrəli protokollardan görünür ki, o, xx.xx.2024-cü il tarixli EQ 21837321 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat; xx.xx.2024-cü il tarixli EQ 22150243 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 22735170 nömrəli qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat; xx.xx.2024-cü il tarixli EQ 22232665 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat; xx.xx.2024-cü il tarixli EQ 22508330 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat və xx.xx.2024-cü il tarixli EQ 22951204 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi DYPB məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollar üzrə müəyyən edilir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş reyestr çıxarışlardan müəyyən edilir ki, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 21837321 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22150243 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22735170 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22232665 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22508330 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22951204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qanunla müəyyən edilmiş müddətdə Şəxs şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmçinin yaşayış yeri üzrə ünvanına göndərilmişdir. İş materiallarında olan: - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 21837321 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 40 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 24 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22150243 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22735170 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22232665 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 80 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 48 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22508330 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 40 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 24 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22951204 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 100 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 60 manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat üzrə iş aparılan Şəxs xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 21837321 nömrəli qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22150243 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22735170 nömrəli qərarlara əsasən, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22232665 nömrəli qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat, xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22508330 nömrəli qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 22951204 nömrəli qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollar tərtib edilmişdir. Odur ki, Şəxs əməlində həmin protokollar üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollar üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-6/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-6/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver