Məhkəmə qərarları › İş №3(071)-607/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-607/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-607/2022 14.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Suxayev Eldost Elşad oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Zərbalı qızının, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Ramiz Əliyevin iştirakı ilə, xx.xx.1996-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 8 mənzil 2-də daimi qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsində aralarında yaranmış münaqişə zamanı qonşusu Zərərçəkmiş şəxs Zərbalı qızını vuraraq, ona qəsdən sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə, döymüşdür. Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu xx.xx.2022ci il tarixdə toplanmış HK-1/1166 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Ramiz Əliyev tərəfindən Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlunun HK-1/1166 nömrəli material üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, hazırda Zərərçəkmiş şəxs Zərbalı qızı ilə barışmışdır və işin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Zərbalı qızı məhkəmə iclasında izahatında bildirdi ki, hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Azərbaycan Respublikası İXM-in 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar