Məhkəmə qərarları › İş №3(071)-61/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-61/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-61/2023 27.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu Aşağı Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi ev 156-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs özünə məxsus tək lüləli 12 kalibrli “Atarms” markalı, 15/DO 9482 nömrəli ov silahı ilə xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Meyniman kəndi ərazisində ov qaydalarının kobud şəkildə pozaraq 03 ədəd çöl ördəyi ovlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 272.3-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 12 kalibrli “Atarms” markalı, 15/DO 9482 nömrəli tək lülə ov silahı özünə məxsusdur. O, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi ev 156-da yaşayır. 11 fevral 2023-cü il tarixdə saat 17 radələrində istirahət və ov etmək məqsədi ilə X5, X3 və X4 ilə birlikdə qardaşı X1 idarə etdiyi “Nissat X-Trail” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonundan Hacıqabul rayonuna Meyniman kəndi ərazisinə gəlmişlər. Həmin gün saat 17:00 radələrində Hacıqabul rayon Meyniman kənd ərazisində ov silahından istifadə etməklə 3 ədəd çöl ördəyi ovlamışdır. Bu vaxt onlar Hacıqabul RPŞ əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə dəvət edilmişlər. Törətdiyi əməlindən peşmandır. Odur ki, bunları nəzərə alaraq, barəsində yüngül həddə tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru polis kapitanı Emin Budaqov məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon X6 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 1728 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, tək lüləli, “Atarms” markalı, 15/DO 9482 nömrəli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verilmiş 3-14-42/2-079/2023 nömrəli xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatından (cədvəlindən) görünür ki, Şəxs tərəfindən 3 ədəd çöl ördəyinin qanunsuz ovlanması nəticəsində təbiətə 16 manat 50 qəpik ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 000262 nömrəli biletdən görünür ki, Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. Şəxs məxsus12 kalibrli, tək lüləli, “Atarms” markalı, 15/DO 9482 nömrəli ov silahı maddi sübut kimi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində vurulmuş zərərin məbləğini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə ov hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə predmeti olan ov silahı müsadirə edilməməklə, qanuni sahibi olan Şəxs geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 7 (yeddi) ay müddətə ov hüququ məhdudlaşdırılsın. İnzibati xətanın predmeti olmuş bir ədəd tək lüləli 12 kalibrli “Atarms” markalı, 15/DO 9482 nömrəli ov silahı Şəxs geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar