Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-611/2022 16.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova GünelRauf qızının katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon X10 yol polisi bölməsinin YPX inspektoru polis baş leytenantı X5 iştirakı ilə, xx.xx.1972-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Hacıqabul şəhəri X14 ev 20 mənzil 3-də qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası Hacıqabul rayon X10 yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30-da “VAZ 21051” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri M.Hüseynzadə küçəsində idarə edərkən onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “VAZ 21074” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə onun avtomobilində olan sərnişinlər X6 və X2 dərəcəsi təyin edilməyən yüngül bədən xəsarətləri almış, avtomaşınlara maddi ziyan dəymişdir. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu xx.xx.2022-ci il tarixdə toplanmış HK-1/1187 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ DYPB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon X10 yol polisi bölməsinin tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 11:30-da idarə etdiyi “VAZ 21051” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri M.Hüseynzadə küçəsindən sol küçəyə dönmə əməliyyatı aparan zaman onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “VAZ 21074” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə onun avtomobilində olan sərnişinlər X6 və X2 yüngül bədən xəsarətləri almış, avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş Hacıqabul rayon X10 yol polisi bölməsinin əməkdaşı YPX inspektoru polis baş leytenantı X9 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi xx.xx.2022ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 338 nömrəli ekspert rəyinə əsasən X3 məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ diz oynağının süyrığı, sağ bazu oynağının çıxıbı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlməklə müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 337 nömrəli ekspert rəyinə əsasən, X1 məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- burun yəhərinin əzilmiş yarası. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlməklə müddəti hadisə gününə xx.xx.2022- ci il tarixə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğundan dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Quliyev X7 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-611/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-611/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver