Məhkəmə qərarları › İş №3(071)-63/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-63/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-63/2024 30.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin DYPB-nın YPX inspektoru və Bakı şəhər DYPİ-nin YPX inspektorunun EQ 19528208 və EQ 19715351 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi RPİ-nin DYPB-nın YPX isnpektoru və Bakı şəhər DYPİ-nin YPX inspektorunun EQ 19528208 və EQ 19715351 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət verilməli və bu zaman şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət nəzərə alınmalıdır. Həmin müddət buraxıldığı təqdirdə şikayətçi tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmalıdır. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Hazırda mövcud olan sənədlərdən görünür ki, şikayətçi müxtəlif vaxtlarda barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlardan ayrılıqda deyil, vahid şəkildə birləşdirərək şikayət ərizəsini məhkəməyə təqdim etmişdir. İnzibati xətalar məcəlləsinin tələblərinə əsasən şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların hər biri haqqında ayrılıqda şikayət ərizəsi tərtib edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin DYPB-nın YPX isnpektoru və Bakı şəhər DYPİ-nin YPX inspektorunun EQ 19528208 və EQ 19715351 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar