Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-65/2024 18.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan şəhəri, Neftçilər küçəsi ev 50də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Hacıqabul rayon Qubalıbaloğlan kəndində yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun oğlu Ramilin həyat yoldaşı olmuş, lakin Əfsanənin əxlaqsız hərəkətlər etməsi səbəbindən onlarım nikahına xitam verilmişdir. Birgə nikahdan olan uşaqlar Zərərçəkmiş şəxs yanında qalırlar. xx.xx.2023-cü il tarixdə o, nəvəsi ilə görüşmək üçün Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Evin həyətinə daxil olduqdan sonra nəvəsinin məktəbdə olduğu ona məlum olmuşdur. Bundan sonra o, qonşuluqda yaşayan qohumluq münasibətlərində olduğu Şahid1 evinə getmiş və Hüseynlə birlikdə çay içmişlər. Bundan sonra Hüseyn ona məktəbə gedən yolu göstərmiş və o, məktəb istiqamətində getmişdir. Yolda keçmiş qudası Şahbazov Abbasla rastlamışdır. Həmin vaxt azyaşlı nəvəsi Abbasın yanında olmuşdur. Həmin vaxt ona məlum olmayan səbəbdən Abbas onunla mübashiə edərək ona xəsarət yetirmişdir. O, geri qayıdaraq Şahid1in yaşadığı evə gəlmiş və Şahbazov Abbas tərəfindən döyüldüyünü ona bildirmişdir. Bundan sonra həyətdə üzünü yumuş və döyülməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra yaşadığı Şirvan şəhərinə getmişdir. O, heç vaxt Zərərçəkmiş şəxs xəsarət yetirməmiş, ümumiyyətlə Əfsanənin xəsarət alması barədə heçnə eşitməmişdir. Əksinə o, özü həmin Abbas Şahbazov tərəfindən döyülərək xəsarət almışdır. Qeyd edilənlərə əsasən barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yaşayır və 3 uşağı var. Şəxs keçmiş qaynatası olub. xx.xx.2023cü il tarixdə atasının evində olarkən Şəxs həyətə daxil olaraq şənbə günü uşağı məktəbə göndərməsi ilə əlaqədar onunla mübahisə edərək yumruqla üz nayihəsinə vurmuş və o, yıxılmışdır. Həmin vaxt anası Şahid2 onların aralayaraq sakitləşdirməyə çalışmış və Şəxs itələyərək evin həyətindən çıxarmışdır. Daha sonra onların evindən çıxaraq atası ilə qarşılaşmış və uşağın yanında nalayiq ifadələr işlədərək aralarında mübahisə yaranmışdır. Odur ki, Şəxs məsuliyyətə cəlb olunub onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, Şəxs onun xalasının yoldaşı, Zərərçəkmiş şəxs isə onun qardaşının qızıdır. Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərindən sonra o, qardaşı Abbas və onun ailəsi ilə ünsiyyəti kəsmişdir. O, qardaşı Abbas Şahbazovla qonşudur. Şəxslə münasibətləri normaldır. xx.xx.2023-cü il tarixdə o, həyətində işləyərkən Şəxs onun evinə gəlmiş və onlar evdə çay içmişlər. Tofiq nəvəsi ilə görüşmək üçün gəldiyini, lakin nəvəsinin məktəbdə olduğunu bildirmişdir. Çay içdikdən sonra o, Şəxs məktəbə gedən yolu göstərmiş və Tofiq həmin yolla məktəb istiqamətində getmişdir. Bir müddət sonra Şəxs onun yaşadığı evə qayıtmışdır. Həmin vaxt Tofiqin sifətində xəsarət izləri var idi və onun burun nahiyyəsindən qan axırdı. O, Tofiqdən nə baş verdiyini soruşduqda sonuncu Abbas Şahbazov tərəfindən döyüldüyün bildirmişdir. Tofiq üzünü yuduqdan sonra DİN-nin 102 xidmətinə döyülməsi barədə məlumat vermiş və yaşadığı Şirvan şəhərinə getmişdir. O, hadisə günü həyətində olan hamamın damındı dəmir barmaqlıqlar düzəltmiş və ona görə də, qardaşı Abbas Şahbazovun həyətində baş verən bütün hadisələri müşahidə etmək imkanında olmuşdur. Şəxs həmin günü Əfsənə Şeydayeva ilə mübahisə etməmiş, ona heç bir xəsarət yetirməmişdir. Çünki mübahisə və ya dalaşma olsa idi o, mütləq həmin hadisəni görəcəkdi. Əfsanənin kim tərəfindən döyülməsi barədə məlumatı yoxdur. Ehtimal edir ki, Əfsanə atası Abbas tərəfindən döyülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, Şəxs onun qaynanasının bacısının yoldaşıdır. Münasibətləri yaxşı deyil. Şəxs qızı Ə.Şeydayevlə normal davranmır, qızını döyür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəxs uşaqla görüşməyə gələrkən qızı Əfsanəni döymüş və o, onları ayıraraq Tofiqi həyətdən qovmuşdur. Şəxslə həyat yoldaşı Abbasın dalaşmağını azyaşlı nəvəsi ona bildirmişdir. İfadə verərkən Şahid2 Şəxs tərəfindən Zərərçəkmiş şəxs bədəninin hansı hissəsinə zərbə endirməsi, habelə Şəxs hansı Əfsanəni döyməsi barədə verilən suallara dəqiq cavab verə bilməmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 395 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözaltı nahiyyənin qançırı və alın nahiyyəsinin sıyrığıdır. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 396 nömrəli rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüklərinin az yerdəyişən sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 ifadə verərkən baş vermiş hadisənin təsviri zamanı ziddiyyətli fikirlər bildirdiyindən, habelə Şəxs tərəfindən Zərərçəkmiş şəxs bədəninin hansı hissəsinə xəsarət yetirilməsini, mübahisə zamanı sonuncunun yıxılıbyıxılmamasını dəqiq təsvir edə bilməməsindən məhkəmə onun ifadələrini mötəbər hesab etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati icraata aparılan şəxs Şəxs oğlu nəvəsi ilə görüşmək üçün oğlunun keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş, lakin nəvəsinin məktəbdə olması ona məlum olmuşdur. Bundan sonra Şəxs qonşuluqda yaşayan qohumluq münasibətlərində olduğu Şahid1in yaşadığı evə gələrək onunla çay içmiş və Hüseyn məktəbə gedən yolu ona göstərdikdən sonra Şəxs məktəb istiqamətində getmişdir. Yolda Şəxs keçmiş qudası Abbas Şahbazovla rastlaşmış və onlar arasında yaranmış mübahisə zamanı sonuncu Şəxs xəsarət yetirmişdir. Bundan sonra Şəxs yenidən Şahid1 yaşadığı evə gələrək üzünü yumuş və yaşadığı Şirvan şəhərinə getmişdir. Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etməmiş və ona heç bir xəsarət yetirməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs döyülməsi epizodu ilə bağlı Şəxs təqsirli olması sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar aşağıdakılardır: İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs döyülməsi faktı ilə bağlı təqsirli şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-65/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-65/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver