Məhkəmə qərarları › İş №3(071)-66/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-66/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-66/2025 11.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X8 iclas katibliyi, Şikayətçi "xxxx" MMC-nin direktoru X5 iştirakı ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC-nin direktoru X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X3 rəisi X17 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Yol İnşaat ER" MMC-nin həm qanuni təsisçisi, həm də direktorudur. “Yol İnşaat ER" MMC quruculuq işlərinə yeni qoşulan və fəal iştirak edən kommersiya hüquqi şəxsdir. Müəsissənin qeydiyyata alındığı tarix xx.xx.2024-cü ildir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən sosialiqtisadi inkişaf və həyata keçirilən Dövlət Proqramı böyük qayıdış çərçivəsində həyata keçirilən quruculuq işləri ictimaiyyət tərəfindən çox diqqətlə izlənilir və yüksək qiymətləndirilir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə 14 işçi ilə elekron qaydada əmək müqaviləsi bağlanmış və həmin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı "xxxx" ASC ilə PH000049265 nömrəli icbari sığorta müqaviləsi bağlanmış, həmin müqavilə əsasında müəssisəyə HF********** nömrəli hesab faktura ünvanlanmış və fakturada 300,39 manat sığorta haqqının xx.xx.2024-cü il tarixədək ödənilməsi qeyd olunmuşdur. X16 vasitəsi ilə 300,39 manat sığorta ödənişi olunmuşdur. Hacıqabul rayon İcra və Probasiya şöbəsi tərəfindən ona ünvanlanmış məktubdan sonra məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şirvan-Salyan RŞ-nin rəisi X17 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2024-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və həmin orqanın 25 sentyabr 2024-ci il tarixli, MN ******* saylı qərarı ilə vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. X12 Xidmətinin Şirvan-Salyan RŞ-nin rəisi X17 tərəfindənə “Yol İnşaat ER" MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2024-ci il tarixli MN ******* nömrəli protokolu qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti onun barəsində İXM-in 469.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar elekron qaydada deyil, əl ilə tərtib edilmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi əvvəlcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsi barədə müraciət etmiş, həmin şöbənin 11 fevral 2025-ci il tarixli, 3175/2-R-12421/2025 saylı məktubla şikayət verilmə müddətin bərpa olunmasını mümkünsüz olması bildirilmişdir. İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinin üzürsüz hesab edilməsinin səbəbi kimi xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlandırma bildirişlərinin şikayətçiyə rəsmi qaydada verilməsi qeyd olunmuşdur. Bundan sonra "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair vəsatət ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlandırma bildirişlərinin (poçt göndərişinin verilməsi haqqında xəbərnamələr) qrafasında əks olunan imzalar X9 tərəfindən icra edilibedilmədiyinin müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və rəy tədqiq edilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdə “şəxsən” qrafalarındakı imzalar X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəticədə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-66/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış "xxxx" MMC-nin direktoru X5 şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatəti təmin edilmiş, "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin ötürülməsi səbəbi üzrlü hesab edilərək bərpa edilmiş və verilmiş şikayətə mahiyyəti üzrə məhkəmədə baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı "xxxx" MMC-nin direktoru X9 şikayət ərizəsində qeyd olunanları müdafiə edərək və ərizədə göstərilən hallara əsasən inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 mahkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X3 nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X3 əmək müfəttişi X11 tərəfindən əl yazısı ilə tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbini pozmuş, işçilər istehsalatda bədbəxt hadisələrdən sığorta olunmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X3 rəisi X17 tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 1.500 manat məbləğində cərimə təyin edilmişdir. Belə ki, inzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işçilər istehsalatla bağlı bədbəxt hadisələrdən sığorta olunmamış, onlarla qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X3 əmək müfəttişi X11 tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol elekron qaydada deyil, əl ilə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 rəisi X17 tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertizanın xərci 126 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 126 (yüz iyirmi altı) manat dövlət hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, qəraraaldı: X5 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 rəisi X17 tərəfindən "xxxx" MMC-nin direktoru X9 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi İnformasiya sistemində X9 barəsində yerləşdirilmiş 1.500 manat cərimə məbləği silinsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 126 (yüz iyirmi altı) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar