Məhkəmə qərarları › İş №3(071)-67/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-67/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-67/2025 18.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏNETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırda şikayətçi X3 tərəfindən işə onun yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli TP seriyalı ******* nömrəli nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 15 fevral 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar