Məhkəmə qərarları › İş №3(071)-68/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-68/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-68/2024 15.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Hacıqabul RPŞ-nin X2 polis sahə rəisi polis mayoru Zaur Səlimovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Ağdam rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Lək kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Materiala əlavə edilmiş 17 fevral 2024-cü il tarixli İXP ******* və 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində “Mercedes Benz” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitəyə oxşar kütlə hazırlayaraq, avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X5 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Bundan başqa Şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcəsinin qabaq sağ cibindən 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, onun əməlində cinayət tərkibi olmadığından həmin tarixdə saat 22:50-də şübhəli şəxs statusundan çıxarılmaqla azad edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Hacıqabul RPŞ-nin səlahiyyətli nümayəndəsi Hacıqabul RPŞ-nin X2 polis sahə rəisi polis mayoru Zaur Səlimov inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, o, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bərdə rayonu, Lək kəndində yaşayır. Arada bir narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Bərdə rayonuna gedərkən Bakı şəhəri Yeni Yasamal ərazisində yerləşən “Bravo” marketin yaxınlığından yerdən qurudulmuş marixuana tapmış, sonra yoluna davam etmişdir. Yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobili saxlayaraq tapdığı marixuananı doldurub çəkmək istəyərkən polis əməkdaşları gəlib onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Sonra həkim müayinəsinə təqdim edilmiş, həkim müayinəsi zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Törətdiyi əmələ görə də çox peşmandır və xəcalət çəkir. Odur ki, onun barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş etdi. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə və Azərbaycan Respublikası İXM-in 333-1.1-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞnin DYPB-yə göndərilməsi qərara alınmış, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1465 nömrəli rəyindən görünür ki, Şəxs kannabionidlərdən istifadə etmə halları olub. Lakin, hal hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması alınması məsləhət görülür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/188 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Şəxs üzərindən» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,14 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,02 qramı sərf edildikdən sonra, 0,12 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi X1 şöbəsinin həkim-narkoloqu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 576 nömrəli aktda göstərilir ki, müayinə zamanı Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti –THC (+) marixuana -pozitiv aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində “Mercedes Benz” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitəyə oxşar kütlə hazırlayaraq, avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X5 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Bundan başqa Şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcəsinin qabaq sağ cibindən 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hacıqabul rayon X4 Bölməsinin təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu xx.xx.2024-cü il tarixdə Şəxs barəsində toplanmış HK-1/195 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı üzrə Hacıqabul RPŞ-nin İTB-nə və DYPB-yə göndərilmişdir. Ona görə də onun barəsində İXM-in 206 və 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahat ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi İXM-in 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və ailəli olduğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar