Məhkəmə qərarları › İş №3(071)-68/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-68/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-68/2025 18.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində azyaşlı övladı olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-214/2023 saylı, 25 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs və X2 müştərək qaydada cəmi 4577,08 manat məbləğində pul alınaraq X4 ödənilməlidir. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müştərək qaydada olan borcun üzərinə düşən 2288,54 manat borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Hacıqabul Rayon Məhkəməsinin icra sənədinə əsasən borcludan tələbkara olan borcu tutularaq ödənilməlidir. Borclu tələbkara olan borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 2023-cü il tarixində Hacıqabul Rayon Məhkəməsi tərəfindən 500 manat məbləğində cərimə edilmişdir. Digər borclunun olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmişdir. Odur ki, icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Hacıqabul şəhərində kirayə tutduğu evdə yaşayır. Təqribən 1 ilə yaxındır ki, işsizdir. 1 övladı var və o uşaq Şəxs və onun anasının himayəsində qalır. Əvvəllər ev ustası olaraq fəaliyyət göstərsə də, hazırda heç bir yerdə işləmir. İşləyə bilmədiyi üçün də tələbkara olan borcunu ödəyə bilməmişdir. Hazırki borcla bağlı 2023-cü il tarixində Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Həyat yoldaşı vəfat etmişdir. Himayəsində azyazşlı övladı vardır. Maddi cəhətdən imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Tələbkar X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin tələbkar məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-214/2023 saylı, 03 aprel 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada 4282 (dörd min iki yüz səksən iki) manat pul, ödənilmiş mütəxəssis xərcinin əvəzi kimi 243,20 manat (iki yüz qırx üç manat, iyirmi qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,88 manat (əlli bir manat, səksən səkkiz qəpik) pul alınaraq X4 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan müəyyən edilir ki, iş üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 3(071)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat miqdarında cərimə tənbehi tədbiri seçilmişdir. “Elektron məhkəmə informasiya sistemindən” çıxarışdan görünür ki, Şəxs himayəsində bir azyaşlı uşaq vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə onun himayəsində azyaşlı uşağın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar