Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-69/2023 01.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X4 tərəfindən tərtib olunmuş 01 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs idarə etdiyi “Mercedes Benz 208D” markalı **-XD-*** dövlət qeydiyyatlı avtomaşınla xx.xx.2023cü il tarixdə saat 18:30 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində YPX əməkdaşları tərəfindən saxlanılarkən, həmin vaxt uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində idarə etdiyi avtomaşınla qayda pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, idarə etdiyi nəqliyyat vasitəsi dayanacağa aparılmaq istənilərkən, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, özünü qeyri-səmimi və nizamsız apararaq tabesizlik göstərmiş, bundan sonra həmin əraziyə post patrul xidmətinin əməkdaşları dəvət edilmiş, həmin əməkdaşlar gəldikdən sonra Şəxs onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə şəhərin İ.Qayıbov küçəsində idarə etdiyi “Mercedes Benz 208D” markalı **-XD-*** dövlət qeydiyyatlı avtomaşınla hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşan zaman əsəbi olduğundan özündən asılı olmayaraq səs-küy salıb onlara qarşı çıxmışdır, polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin YPX baş inspektoru polis baş leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə şəhərin İ.Qayıbov küçəsində xidmətdə olarkən “Mercedes Benz 208D” markalı **-XD-*** dövlət qeydiyyatlı avtomaşının xarici işıq cihazlarının düzgün işləmədiyini görüb həmin nəqliyyat vasitəsini saxlamışdır. Nəqliyyat vasitəsinin sürücüsündən sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini tələb etmişdir. Lakin, sürücü Şəxs qeydiyyat şəhadətnaməsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra, o, həm qeydiyyat şəhadətnaməsi olmadığına görə, həm də nəqliyyat vasitəsinin xarici işıq cihazları işləmədiyinə görə avtomobilin dayanacağa gedəcəyini bildirmişdir. Bundan sonra sürücü Şəxs kobud hərəkətlər edərək avtomobilin dayanacağa getməsinə imkan verməyəcəyini bildirdi və yüksək səslə nalayiq ifadələr işlədərək onlara qarşı tabesizlik göstərdi. Bundan sonra əraziyə post patrul xidmətinin əməkdaşları dəvət olundu. Post patrul xidmətinin əməkdaşları gəldikdən sonra da Şəxs öz hərəkətlərini davam etdirdi, nəqliyyat vasitəsinin duracağa aparılmasına imkan vermirdi. Bundan sonra, post patrul xidmətinin əməkdaşları Şəxs fiziki güc tətbiq etməklə Hacıqabul rayon Polis Şöbəsinə apardılar. Məhkəmə iclasında şahid Hacıqabul RPŞ-nin PPXB-nin əməkdaşı polis serjantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis şöbəsinə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində bir nəfərin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamağı barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gedərkən həmin şəxsin Şəxs olduğunu müəyyən etmişlər. Həmin vaxt Şəxs yol patrul xidmətinin əməkdaşlarına qarşı aqressiv rəftar edərək avtomobilinin duracağa getməsinə maneçilik törədirdi. Həmin vaxt onlar Şəxs sakitləşdirərək nizam-intizama dəvət etsələr də, o, öz hərəkətlərinə davam edirdi. Bundan sonra Şəxs qarşı fiziki güc tətbiq etməklə onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:45-də tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən saat 22:45-dən hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(071)-69/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-69/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver