Məhkəmə qərarları › İş №3(071)-71/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-71/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-71/2023 03.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonu Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 03 mart 2023-cü il tarixli MN 1437194, MN 143719 və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Qarasu kəndində X4 məxsus heyvan saxlamaq üçün tikilmiş damda olan 200 ədəd ot presini yandıraraq ona 600 manat dəyərində ziyan vurmuş, izahatı alınması üçün polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən, uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətarı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Qarasu kəndində X4 məxsus heyvan saxlamaq üçün tikilmiş damda olan 200 ədəd ot presini yandıraraq ona 600 manat dəyərində ziyan vurmuşdur. Hadisə ilə bağlı izahatının alınması üçün Hacıqabul rayon Polis Şöbəsinə çağırılmışdır. Polis Şöbəsində olarkən əmisi oğlu İftixar Hüseynovu gördükdə əsəbiləşərək onun ünvanına nalayiq ifadələr işlətmiş, səs-küy salaraq iş rejiminin pozulmasına səbəb olmuşdur. Bu zaman polis əməkdaşları onu sakitləşdirərək nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhələ qoymaraq öz hərəkətlərini davam etdirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, zərər çəkmiş İftixar Hüseynov onun əmisi oğludur. 2022-c il ildə əmisi rəhmətə gedəndən sonra İftixarla aralarında torpaq üstündə dəfələrlə mübahisələri düşmüşdür. xx.xx.2023-cü il tarixdə X5 ilə yenidən mübahisə etmiş və ona torpağı bölməyi təklif etmişdir. İftixar torpağı Yalçın adlı şəxsə satdığını bildirəndə ona əsəbləşib heyvan saxlamaq üçün nəzərdə tutulmuş damda saxlanılan zərər çəkmiş şəxsə məxsus ot tayasına od vurub yandırmışdır. Bundan sonra o, izahatı alınması üçün polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman İftixarı və onun qardaşını görüb əsəblərinə hakim ola bilməmiş və səs-küy salaraq, onları nalayiq ifadələrlə söymüş, bu zaman polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, o, əsəbi olduğundan hərəkətlərini davam etdirmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hüseynov X6 rayonu Qarasu kəndində heyvan saxlamaq üçün tikilmiş damda olan 200 ədəd ot presini yandıraraq ona 600 manat dəyərində maddi zərər vurmuşdur. Halhazırda dəymiş zərərin əvəzi ödənməmişdir. Şəxs torpaq mübahisəsi üstündə onu ölümlə hədələyir. Odur ki, Şəxs barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 232-1 maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1,510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ilk öncə zərər çəkmiş şəxsə məxsus əmlakı yandırmaqla məhv etdiyinə görə İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə tənbeh tətbiq edilməli, daha sonra polis şöbəsinin inzibati binasında olarkən eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarından cərimə tənbehi, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində isə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 600 (altı yüz) manat məbləğində cərimə tənbehi və həmin Məcəllənin 535.1ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:20-dən hesablansın. İnzibati cərimə tənbehi müstəqil icra edilsin. Qərarın icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə və Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar