Məhkəmə qərarları › İş №3(071)-71/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-71/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-71/2024 25.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Ələtli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs X2 500 manat aliment borcunu ödəməmişdir. Şirvan şəhər Məhkəməsinin e-2(032)-204/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədlərinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X5 ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 500 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs tələbkara ödəniş etməmişdir. Şəxs vaxt verilsə də, yenidən ödəniş etməmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, mütəmadi olaraq aliment borcunu ödəmiş, lakin son vaxtlar işləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Hazırda onun tələbkara 600 manat borcu yaranmışdır. Həmin borc məbləğinin may ayının əvvəlinə kimi tam şəkildə ödəyəcəkdir. Hazırda isə 150 manat ödəmək üçün imkanı vardır. Məhkəmə iclasında tələbkar X5 ifadəsində bildirdi ki, hazırda Şirvan şəhər xəstəxanasında işləyir və Şirvan şəhərində kirayə tutduğu mənzildə övladları ilə yaşayır. Əvvəllər sosial yardım almış, lakin son vaxtlar həmin sosial yardımın verilməsi dayandırılmışdır. Borclu son 6 ay ərzində heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin e-2(032)-204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Şəxs xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin-2(032)-204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Şəxs xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu aliment borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə aliment borcunu ödəməyə çalışmışdır. Belə ki, o, ödəməli olan 2400 manat aliment borcundan 1900 manat aliment borcunu ödəmişdir. Bundan başqa, borclu məhkəmə iclası zamanı tələbkara əlavə 150 manat ödəmişdir. Hazırda borclunun cavabdehə 450 manat borcu qalmışdır. Borclu qısa müddət ərzində həmin borcu ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmış, hətta məhkəmə iclası zamanı da, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar o, 150 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar