Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-73/2024 03.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “MAN TGX 18.440” yük markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 16256627 nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 16256627 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə “MAN TGX 18.440” yük markalı markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, EQ 16256627 nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs tərəfindən cərimə məbləği dəbbə pulu ilə birlikdə dövlət büdcəsinə tam ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeydinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən EQ 16256627 nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə məbləğinin dəbbə pulu ilə birlikdə tam şəkildə ödənilməsini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(071)-73/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-73/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver