Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-76/2023 10.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X20 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, zərər çəkmiş şəxslər X6, X13, X3 və X7, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 10 mart 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 10 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahı qəsəbəsində ictimai yerdə vətəndaşlar X4, X1, X8 və X9 nalayiq ifadələrlə təhqir etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X10 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahı qəsəbəsində X4, X1, X8 və X9 nalayiq ifadələrlə təhqir etmişdir. Bundan başqa X4 ölümlə hədələmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Hacıqabul rayonu Nəvahı kəndi ərazisində köhnə yararsız tikilini almaq istəmiş, lakin həmin tikilini kənd sakinləri Rahim, Sülhanə və Elnarə adlı şəxslərin aldığını öyrənmişdir. Özü üçün həmin yerdən daş götürmək istəsə də Rahim, Sülhanə və Elnarə buna imkan verməmişdirlər. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 14 radələrində onlar arasında mübahisə olmuşdur. Mübahisə zamanı onları söyüb təhqir etməmişdir. Qərar qəbul edilərkən ailəli olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onunla qonşuluqda yaşayır. Elşən mütəmadi onlarla mübahisə edərək dolanmır. Ona görə ki, mübahisənin səbəbi həmin ərazidə olan köhnə qəzalı tikili var və həmin tikilinin əmlakçısı atası və digər həmkəndlilərindən Rahimdir. Bütün bunlara baxmayaraq Şəxs orada iş görməyə onlara imkan vermir. Tez-tez mübahisə yaradır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin ərazidə Rahim, Elnarə ilə olan vaxt yenə onlarla mübahisə etməyə başlamış, onları nalayıq küçə söyüşlərlə söymüş və onu ölümlə hədələmişdir. Buna görə də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt yanında Elnarə, Rahim və digər işçilər olmuşdur. Elşən onu ölümlə hədələsə də ona heç nə etməmişdir. Bundan sonra onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu hərəkətlərinə görə onu bağışlamır. Onun barəsində həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxslər X13, X3 və X14 zərər çəkmiş X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmkəndlisi İmanov X11 rayonu Nəvahı qəsəbəsində küçədə kənd sakinləri X4, X1, X8 və X9 nalayiq ifadələrlə təhqir etmiş, X4 ölümlə hədələmişdir. Hətta hadisə yerinə gələn polis əməkdaşlarını belə Şəxs təhqir etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, Şəxs onu ölümlə hədələməsini bildirmişdir. Onun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun xx.xx.2023-cü il tarixdə saat 14 radələrində zərərçəkmiş şəxslər X4, X1, X8 və X9 ictimai yer sayılan Hacıqabul rayonu Nəvahı qəsəbəsində onların ünvanına nalayiq ifadələrlə təhqir etməsi, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş özünün qismən etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olunmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 7 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X21
Məhkəmə qərarları › İş №3(071)-76/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-76/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver