Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-76/2024 12.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 11 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsində ucadan qışqıraraq ünvansız söyüşlər söyəməklə ictimai asayişi pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 oğlu çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsində nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu sakitləşdirərək nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhələ qoymaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyədək inzibati iş üzrə icraat zamanı verdiyi yazılı ifadədən fərqli olaraq ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində müxtəlif yerlərdən əldə etdiyi elektrik kabellərini qalaqlayarkən, Hacıqabul RPŞ-nin polis sahə rəisi polis mayoru X6 ona yaxınlaşaraq elektrik kabellərinin kimə məxsus olmasını və haradan əldə etməsini ondan soruşmuşdur. O, həmin vaxt əsəbi olduğu üçün R.Hüseynovla mübahisə etmiş və mübahisə zamanı əlində olan dəmir linglə Rasim Hüseynovun sol qulaq nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə digər polis əməkdaşları gələrək onu rayon polis şöbəsinə aparmışlar. İzahatının sonunda Şəxs törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini, əlillik dərəcəsinin olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyədək inzibati iş üzrə icraat zamanı verdiyi yazılı ifadədən fərqli olaraq ifadə verərək izahatında bildirdi ki, o, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində kabellərin oğurlanması hadisəsinin baş verməsi ilə bağlı aldığı məlumat əsasında qəsəbəyə getmişdir. Qəsəbə ərazisində gəzərkən Şəxs yaşadığı evin həyətyanı sahəsində kabellərin qalaqladığını görərək ona yaxınlaşmış və kabellərin kimə məxsus olmasını və haradan əldə etməsini ondan soruşmuşdur. Şəxs həmin vaxt onunla mübahisə etməyə başlamış, ucadan nalayiq ifadələr işlətmiş və qəfildən əlində olan dəmir linglə onun sol qulaq nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra ora digər polis əməkdaşları gələrək Şəxs rayon polis şöbəsinə aparmışlar. Hadisədən sonra ona tibbi yardım göstərilmiş və sol qulaq nahiyyəsinə cərrahi tikişlər qoyulmuşdur. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 11 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X2 rayonu Nəvahi qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən evinin qarşısında sonuncu ilə profilaktiki söhbət apararkən Şəxs hakimiyyət nümayəndəsi olan Rasim Hüseynova zor tətbiq etməklə müqavimət göstərmiş və əlində olan dərmir linglə sonuncunun sol qulaq nahiyyəsinə xəsarət yetirmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, məhkəməyədək inzibati xətaya dair iş üzrə icraat qanunun tələblərinin pozuntusu ilə aparılmış, baş vermiş hadisənin faktiki halları düzgün müəyyən edilməmiş, X3 xəsarət alması faktı qanunla müəyyən edilmiş qaydada araşdırılmamışdır. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında ona tibbi yardım göstərilməsini bildirmişdir. Həmçinin iş materiallarında olan Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi Rasim Hüseynov tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, o, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı profilaktik söhbət aparılması üçün Şəxs yaşadığı evin qapısını döymüşdür. Lakin məhkəməyə təqdim edilmiş iş materiallarına sahə rəisi Rasim Hüseynovun ictimai qaydanın mühafizəsi ilə bağlı konkret olaraq hansı xidməti vəzifələrinin icrası ilə əlaqədar Şəxs yaşadığı evin qapısını döyməsi barədə sübut əlavə edilməmişdir. İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 14:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə–iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. X1 aldığı xəsarətin dərəcəsi müəyyən edilmədiyi üçün barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olub-olmasını müəyyən etmək mümkün deyil. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X3 aldığı xəsarətin dərəcəsinin və işin digər əhəmiyyət kəsb edən faktiki hallarının, Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə iş materialları Hacıqabul rayon prokuroruna göndərilməli və Şəxs dərhal məhkəmə zalından azad olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Hacıqabul rayon prokuroruna göndərilsin. Şəxs dərhal məhkəmə zalından azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-76/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-76/2024
12.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver