Məhkəmə qərarları › İş №3(071)-80/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-80/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-80/2025 14.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş material üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, “Toyota Prius (Hibrid)” minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23355072 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı 22985384 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da, Rəhimov X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, yol hərəkəti haqqında qaydaları pozduğundan barəsində elektron qərarlar tərtib edilmişdir. Lakin, hazırda barəsində tərtib olunmuş elektron qərarlar üzrə cərimələri ödəmişdir. Hazırda heç bir cəriməsi yoxdur. Buna görə də, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məkəmə iclasının yeri və vaxtı barəsində qabaqcadan məlumat verilsə də, səlahiyyətli orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxışı zamanı iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən “Asanpay” internet portalından əldə edilmiş məlumatdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23355072 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı 22985384 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar üzrə təyin edilmiş cərimə məbləğini və ona hesablanmış dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Rəhimov X1 məsuliyyətdən azad edilməklə onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş Rəhimov X1 məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar