Məhkəmə qərarları › İş №3(071)-83/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-83/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-83/2023 12.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli və İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə təyin edilmiş inzibati cərimələri qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11015256 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 10860215 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 10383456 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 10765827 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 10898887 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11000944 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11066091 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 11173575 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron portaldan əldə edilmiş çıxarışlardan müəyyən edilir ki, Şəxs EQ 11015256 nömrəli elektron qərar üzrə, EQ 10860215 nömrəli nömrəli elektron qərar üzrə, EQ 10383456 nömrəli elektron qərar üzrə, EQ 10765827 nömrəli elektron qərar üzrə, EQ 10898887 nömrəli elektron qərar üzrə, EQ 11000944 nömrəli elektron qərar üzrə, EQ 11066091 nömrəli elektron qərar üzrə və EQ11173575 nömrəli elektron qərar üzrə təyin edilmiş cərimələri ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş cərimələrin məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində hər bir inzibati xəta haqqında protokol üzrə həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, İXM-in 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar