Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-83/2025 26.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(071)-83/2025 nömrəli qərarı (hakim Bayramov Orxan Telman oğlunun sədrliyi) ilə xx.xx.1978-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(071)-83/2025 nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 3(106)-165/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Hacıqabul Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 3(071)-83/2025 nömrəli qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 3(071)-83/2025 saylı iş xx.xx.2025-ci il tarixində yenidən baxılması üçün məhkəməyə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, 23 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs cəmi 5790 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcunu ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, hazırda tərəflər arasında razılıq əldə olunduğundan icra sənədi Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hazırda onunla tələbkar arasında razılıq əldə olunduğundan icra sənədi Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılmışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 5700 (beş min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 (doxsan) manat olmaqla, cəmi 5790 (beş min yeddi yüz doxsan) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, həmin bildiriş borclu Şəxs şəxsən təqdim edilmişdir. Bildirişdə tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və həmin müddətdə tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq qeyd edilmişdir. Bildiriş Şəxs tərəfindən şəxsən imzalanmaqla təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında ərizədən müəyyən edilir ki, həmin tarixdə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1 rayon İcra və Probasiya Şöbəsinin rəisi Ədilov Yasin oğluna müraciət edərək borclu Şəxs ilə tələbkar arasında razılıq əldə edildiyindən icra sənədinin Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-489/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinin Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəyə görə Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəyə görə İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 70.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəyə görə Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Həmin Qanunun 84.1-ci maddəsinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla) Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin hallarını və sadalanan normaların tələbini nəzərə alaraq hesab edir ki, araşdırması nəticəsində borclu Şəxs əməlində icra sənədi üzrə üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halı, yəni onun əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtləri özlüyündə, icra sənədinin icra məmurunun tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsini və ya icra məmurunun icra sənədinin icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini ehtiva edir. Belə olan halda müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəbləri, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək araşdırılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, Şəxs barəsində Hacıqabul Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(071)-489/2024 saylı icra sənədi tərtib olunmuş, bu icra sənədi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə 5700 manat əsas borc və 90 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5790 manat məbləğində pulun tutulması və ödənilməsi tələb edilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 08 iyul 2024-cü il tarixində icra sənədini alaraq “İcraata başlamaq haqqında” qərar qəbul etmiş, bu qərarda borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən etmiş və tələb barədə bildirişi şəxsən ona təqdim etmişdir. Bildirişdə göstərilmiş müddət ərzində tələb yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətin tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu həmin müddətdə məbləği qaytara bilmədiyindən icra məmuru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrasına maneə yaradan digər hərəkətlərə görə) əsaslanaraq 05 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta protokolu 05 mart 2025-ci ildə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. 14 mart 2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinin 3(071)-83/2025 nömrəli qərarı ilə (hakim Bayramov Orxan Telman oğlunun sədrliyi altında) Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli olduğu sübuta yetirilərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bu qərardan tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini xahiş etmiş və beləliklə iş 11 aprel 2025-ci il tarixli, 3(106)-165/2025 saylı Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə qismən təmin edilərək, birinci instansiya qərarı ləğv edilərək işi yenidən baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə geri göndərilmişdir. Beləliklə, inzibati xəta haqqında 3(071)-83/2025 saylı iş 22 may 2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Hazırda yenidən baxış məhkəməsi çərçivəsində sənədlərə baxış keçirildikdə məlum olmuşdur ki, 17 aprel 2025-ci il tarixində tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borclu Şəxs ilə razılaşmanın əldə olunduğunu əsas gətirmiş, icra sənədinin Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Bu xahiş əsasında 17 aprel 2025-ci il tarixli qərarla icra məmuru tərəfindən icra sənədinin geri qaytarılması təmin edilmiş, icra sənədi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X6 bildirmişdir ki, hazırda tərəflər arasında razılaşma əldə edildiyindən icra sənədi Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılmış və inzibati icraata xitam verilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Eyni məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta iş aparılan şəxs Şəxs da izahatında qeyd etmişdir ki, hazırda onlarla tələbkar arasında hərtərəfli razılıq əldə olunub və icra sənədi Hacıqabul Rayon Məhkəməsinə geri qaytarılıb, ona görə də barəsində inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə icra məmurunun təqdim etdiyi izahatları, inzibati xəta protokolunu və digər iş materiallarını, Hacıqabul Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(071)- 489/2024 saylı icra sənədi, 17 aprel 2025-ci il tarixli icra sənədinin geri qaytarılması barədə ərizəni və həmin ərizəyə əsasən icra məmurunun qərarı, həmçinin məhkəmə iclaslarında tərəflərin ifadələri əsasında ümumiləşdirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində irəli sürülmüş inzibati xəta tərkibi icra sənədinin icra məmurunun müəyyən etdiyi müddətdə üzrsüz icra olunmaması və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsinin tərkib əlamətləri olmamışdır. Belə ki, borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmiş, izahat vermiş, icranın gedişatına heç bir maneə yaratmamışdır. İcra məmuru məhkəmə qarşısında da borclunun hansısa qanuni tələbi yerinə yetirmədiyini və buna görə inzibati məsuliyyətə cəlb edilməli olduğunu əsaslandıra bilməmişdir. Bundan əlavə, tərəflər arasında razılaşma bağlandığına görə icra sənədinin geri qaytarılması prosesi rəsmiləşdirilmişdir. Göründüyü kimi, borclu Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halı mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtinin ikinci hissəsindəki icra məmurunun icra sənədinin icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini ilə bağlı imperativ tələbinə münasibətdə məhkəmə hesab edir ki, icra işi materiallarından görünür ki, borclu dəfələrlə icra şöbəsinə gələrək izahatlar vermiş, eyni zamanda məhkəmə iclası zamanı icra məmuru izahatında bildirmişdir ki, borclu vaxtlı-vaxtında onun çağırışlarına gəlmişdir. Həmçinin icra işi materiallarından borclunun icranın gedişatına maneçilik yaratması halları aşkar edilməmişdir. Məcburi icra tədbiri olaraq onun ölkədən çıxışı məhkəmə qərardadına əsasən müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə iclasında icra məmuru borclunun onun hansı qanuni tələbini yerinə yetirməməsi mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-83/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-83/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver