Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-84/2022 25.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, məhkəmə iclas katib Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam idarəsinin rəisi E.Həsənov tərəfindən tərtib edilmiş 30.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 2021-ci ildən 30.03.2022-ci ilə kimi Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Çinarlı” ailəvi restoran üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 30.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Material 05.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam idarəsinə və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi və Şəxs məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq işdə iştirak edən şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (vəzifəli şəxs) Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, tərtib olunmuş protokol, təqrir, müayinə aktı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.500 (min beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-84/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-84/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver