Məhkəmə qərarları › İş №3(071)-84/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-84/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-84/2025 05.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının YPX inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir; 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir; 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan fasiləsiz videoçəkiliş aparılmaqla keçirilə bilər; 93.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Bu protokolda aşağıdakılar göstərilir: 93.3.1. protokolun tərtib edildiyi tarix və yer; 93.3.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; 93.3.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; 93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; 93.3.6. aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; 93.3.7. aşkar edilmiş sənədlərin növü və rekvizitləri. 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir; 93.4-cü maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarının müəyyən edilməsi nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə, həmçinin baxışın fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilməsi müəyyən edilmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs idarə etdiyi “Hyundai Avante” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müvafiq icazə olmadan xüsusi səs siqnalının (çoxavazlı siqnalın) təchiz edilib-edilməməsinin, əgər təchiz edilibsə, onun hansı texniki xüsusiyyətlərə malik olmasının və nəqliyyat vasitəsinin konkret hansı hissəsində yerləşdirilməsinin müəyyən edilməsi mümkün deyil. Bundan əlavə, qeyd olunan inzibati xətaya dair tərtib edilmiş protokolu təqdim edən Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının nümayəndəsi tərəfindən məhkəməyə qanunvericiliyin tələblərinə uyğun hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, sürücü Şəxs barəsində “Nəqliyyat vasitəsinə baxış haqqında protokol” ümumiyyətlə iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, məhkəməyə göndərilmiş inzibati xəta materiallarının həcminin yalnız üç səhifədən ibarət olması, onların tərkibində inzibati xəta haqqında protokol, sürücünün qısa izahatı və məktubdan ibarət olması, inzibati xətanın baş verdiyini sübut edən hər hansı digər hüquqi və texniki dəlillərin, maddi sübutun materiallara daxil edilməməsi inzibati icraatın qeyri-tam və qeyri-obyektiv aparıldığını göstərir. Hüquqi baxımdan isə, inzibati xəta tərkibinin müəyyən edilməsi üçün sübut kimi qəbul edilə bilən audio-video yazılar və fotoşəkillərin protokola əlavə edilməməsi inzibati tənbeh tədbirinin hüquqi əsaslarının yetərincə təsdiq olunmadığını göstərir. Bu isə inzibati xəta haqqında protokolu tərtib etmiş Yol Patrul Xidməti Alayının əməkdaşlarının inzibati icraat zamanı qanunvericiliyin tələblərini tam mənimsəmədiklərini və tətbiq olunan hüquqi prosedurların düzgün icra edilmədiyini göstərən əsaslı şübhələr yaradır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış materialların natamam olması səbəbindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirmək mümkün deyil. Eyni zamanda, bu natamamlıqların məhkəmə baxışı çərçivəsində aradan qaldırılması mümkün olmadığından, inzibati xəta haqqında protokol və toplanmış materiallar tamamlanması üçün onu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımına geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar