Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-85/2025 07.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Hacıqaul rayonu, Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X11 tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 14 radələrində Hacıqabul şəhərində Hacıqabul Rayon Elektrik Şəbəkəsinin inzibati binasının daxilində uca səslə danışıb mübahisə edərək, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətlərini törətmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X11 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Talıbov X3 Rayon Elektrik Şəbəkəsinin inzibati binasının daxilində uca səslə danışıb mübahisə edərək, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətlərini törətmişdir. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Hacıqabul rayonu, Abdulabad kəndində yaşayır. İşsizdir. Ailəlidir və himayəsində 2 övladı vardır. Hacıqabul rayon Abdulabad kəndində yaşayan və hal-hazırda RF-da olan xalası qızı X1 fərdi yaşayış evinə quraşdırılmış elektirik sayğacı 2 ildir ki, Hacıqabul rayon ES-si əməkdaşları tərəfindən açılaraq aparıldığından və ona yazılmış cərimə borcu ilə bağlı qohumu X4 ilə dəfələrlə Hacıqabul EŞ-nə müraciət etsə də, onların işinə baxılmamışdır. Bu səbəbdən xx.xx.2025ci il tarixdə təkrarən qohumu X4 ilə birlikdə Hacıqabul EŞ-nə getmişdir. Hafizlə şəbəkədə Kamil adlı şəxsin otağına daxil olub nə səbəbdən sayğacın açılmasını və ona borcun yazılmasını soruşmuşdur. Kamil heç bir səbəb olmadan onu təhqir edib otaqdan qovmuşdur. Şəbəkədən çıxarkən uca səslə Kamilə onun vəzifəsinin vətəndaşı təhqir edərək otaqdan qovmaq yox onların problemlərini həll etməli olduğunu demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, 2005-ci ildən Hacıqabul rayon Elektrik Şəbəkəsində satış şöbəsinin müdiri vəzifəsində işləyir. 10 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayon Elektrik Sobəkəsində iş otağında olan zaman Hacıqabul rayonu, Abdulabad kənd sakini Talıbov X3 rayon Elektrik Şəbəkəsinin müdiri Əli Yusifovun qəbuluna gəlmiş, X12 müraciətinin araşdırılmasını ona yönləndirmişdir. İrahit Hacıqabul rayonu, Abdulabad kəndində yaşayan qohumu X1 hazırda Rusiya Federasiyasında yaşadığını, onun yaşadığı evin elektrik sayğacının 2022-ci ildən götürüldüyünü bildirmişdir. Həmin müraciət üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, 2022-ci ildə Abdulabad kəndi üzrə nəzarətçi Ələkbərov Əli olmuş, hazırda Əli işdən çıxarıldığından Xəyalənin yaşadığı evdə olan sayğac “ASAN” xidmət vasitəsi ilə ad dəyişmə olaraq sayğac həmin kənd sakini Vasif Səmədovun adına sənədləşdirilərək yaşadığı evə quraşdırılmışdır. Sayğac sahibi Xəyalənin sayğacla bağlı bugünədək olan müddət ərzində Elektrik Şəbəkəyə müraciəti olmadığını və həmin şəxsin özü müraciət etməsini İrahidə məsləhət vermişdir. Bu haqda İrahidə dedikdə, İrahit xidməti otaqda uca səslə danışıb onunla mübahisə etməyə başlamış, İrahidi nizam-intizama dəvət edərək iş fəaliyyətinin pozmamasının qarşısını almağa çalışmışdır. İrahid onun sözlərinə məhəl qoymayaraq uca səslə danışıb onunla mübahisə etmiş və təhqiredici ifadələr işlədərək iş fəaliyyətini pozmuş, sonradan İrahit otağı tərk edib getmişdir. İş materiallarında olan Hacıqabul rayon Elektrik Şəbəkəsinin rəisi Əli Yusifov tərəfindən Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilova ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18/018 saylı məktubdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Abdulabad kənd sakini Şəxs həmkəndlisi Hüseynov Seyranın mənzilinə quraşdırılmış sayğacla yaranmış məsələyə aydınlıq gətirmək üçün bir nəfərlə şəbəkəyə gələrək müraciət etmişdir. Bu məsələ ilə bağlı əməkdaşlar tərəfindən onunla izahat işləri aparılmış, məsələnin həlli yolu izah olunmuşdur. Lakin, bu məsələnin vətəndaş Şəxs heç aidiyyəti olmasına baxmayaraq, o, heç nəyə məhəl qoymadan Enerji satış şöbəsinin rəisi X5 üzərinə hücum çəkərək idarədə səsini ucaltmış və nalaiq söyüşlərdən istifadə etməklə onu təhqir etmişdir. Bununla vətəndaş Şəxs münaqişə yaradaraq müəsisənin iş ahəngini pozmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq gələcəkdə belə hallarının qarşısının alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaş Şəxs barəsində tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Bundan sonra Şəxs izahatı alınaraq barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs barəsində toplanılmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuş və həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33 maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-85/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-85/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver