Məhkəmə qərarları › İş №3(071)-88/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-88/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-88/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Hacıqabul şəhəri ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-342/2021 nömrəli icra sənədinə əsasən Şəxs 1346,03 manat məbləğində pul tutularaq - X2 M/H: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005 SWİFT: CTREAZ22- Bakı şəhər Maliyyə İdarəsi H/H: AZ66CTRE******************** - VÖEN: ********** (Büdcə səviyyəsinin kodu: 1 Büdcə, təsnifatının kodu: 142330) saylı hesabına köçürülməlidir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada təqdim edilmişdir. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün Hacıqabul şəhəri, ünvan 1 ünvanda yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə baxışı gedişində borclu Şəxs icra sənədində göstərilən pul məbləğini tam şəkildə ödəmişdir. Odur ki, borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, icra sənədinin icrasından qəsdən yayınmamışdır. Maddi imkanı olmadığına görə icra sənədində göstərilən borcu ödəyə bilməmişdir. Lakin, məhkəmə tərəfindən verilmiş müddət ərzində icra sənədində göstərilən borcu tamamilə ödəmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə 500 manat və xx.xx.2023-cü il tarixdə isə 847 manat ödəməklə icra sənədi üzrə borcunu tam olaraq bağlamışdır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-342/2021 nömrəli icra sənədlinə əsasən Şəxs 1346,03 manat məbləğində pul tutularaq - X2 M/H: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005 SWİFT: CTREAZ22- Bakı şəhər Maliyyə İdarəsi H/H: AZ66CTRE******************** - VÖEN: ********** (Büdcə səviyyəsinin kodu: 1 Büdcə, təsnifatının kodu: 142330) saylı hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)- 342/2021 nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 29021 nörməli qəbzdən və xx.xx.2023-cü il tarixli, 2018 nömrəli qəbzdən görünür ki, icra sənədi üzrə borclu Şəxs həmin tarixlərdə müvafiq olaraq 500 manat və 847 manat məbləğində pul vəsaitlərini icra sənədində göstərilən bank hesabına ödəmişdir. Ödənişin təyınatı mobil nəzarət qurğusunun yararsız hala salındığı üçün dəyərinin ödənilməsi olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədlərinin icraya yönəldildiyi vaxtdan bugünədək icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada təqdim edilmiş, buna baxmayaraq, borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı gedişində borclu icra sənədi üzrə borcunu ödəməməsinin səbəbinin maddi imkansıq olmasını, bununla belə möhlət verilərsə icra sənədində göstərilən borcunu ödəmək istədiyini bildirdiyindən, məhkəmə iclası təxirə salınaraq borcluya möhlət verilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə isə 847 manat ödəməklə ödəniş qəbzlərini icra məmuruna təqdim etmiş və icra məmuru həmin qəbzlərin surətlərini məhkəməyə təqdim etmişdir. Bununla da müəyyən olunur ki, borclu icra sənədi üzrə göstərilən 1346,03 manat borcunu tam olaraq ödəmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar