Məhkəmə qərarları › İş №3(071)-91/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-91/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-91/2025 12.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X4 tər əfindən tərtib edilmiş 12 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Hacıqabul rayonu, Udulu kəndi ərazisində ictimai qaydaları pozaraq polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Hacıqabul rayonu, 1-ci Udulu kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda fərdi əməklə məşğuldur. Təxminən 10 il bundan əvvəl su ehtiyyatları olmadığı üçün atası Ramiz Sariyevə məxsus olan torpaq sahəsində su gölü inşa etmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində həmin gölün bəndi yararsız hala düşdüyü üçün orada traktorla təmir işləri aparmışdır. Bir müddət sonra polis əməkdaşları onlara yaxınlaşmış, onlardan hansı əsaslarla qazıntı işləri apardığını, müvafiq sənədlərin olub-olmamasını soruşmuşdurlar, lakin o və qardaşı Səfalı Sariyev əsəbi olduqları üçün polis əməkdaşları ilə aqressiv formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdırlar. Polis əməkdaşları dəfələrlə onlara etdikləri əməlin qeyri-qanuni olmasını, ictimai qaydalara əməl etmədiklərini bildirmişdirlər. Lakin onlar polis əməkdaşları ilə sözlü mübahisə etməyə başlamış, uca səslə danışmış, ucadan ünvansız nalayiq ifadələr işlədərək birgə yaşayış qaydalarını eyni zamanda polis əməkdaşlarının xidməti fəaliyyətlərini pozmuş, polis əməkdaşları dəfələrlə onlara irad bildirsə də, qardaşı Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən məhəl qoymayaraq daha da aqressivləşmiş, uca səslə danışmış, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, daha sonra o polis əməkdaşına “heç kim mənə heç nə edə bilməz və.s” ifadələr işlədərək uca səslə danışmış, ucadan ünvansız söyüşlər söymüş, təxminən 15-20 dəqiqədən sonra onları Hacıqabul rayon Polis Şöbəsinə gətirmişdirlər. Lakin onlar yenə də Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq ictimai qaydanı pozmuşdurlar. Onlar polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq hərəkətlərinə davam edərək inzibati binada iş fəaliyyətinə mane olmağa davam etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Hacıqabul RPŞ-nin PPXB-də polis sahə nəfəri işləyir, rütbəsi polis baş serjantıdır. xx.xx.2025-cü il tarixdə saat 17 radələrində xidmətdə olan zaman 2 nəfər şəxsin 1-ci Udulu kəndində traktorla qazıntı işləri aparmasını görmüşdürlər. Həmin şəxslərə yaxınlaşıb özlərini onlara təqdim etmişlər. Onlardan hansı əsaslarla qazıntı işləri aparmasını, müvafiq sənədlərinin olub-olmamasını soruşmuşdurlar. Lakin, həmin şəxslər onlarla aqressiv formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdırlar. Onlara etdikəri əməlin qeyri-qanuni olmasını, ictimai qaydalara əməl etmələrini bildirmişdirlər. Lakin həmin şəxslər polis əməkdaşları ilə sözlü mübahisə etməyə başlamış, uca səslə danışaraq, ucadan ünvansız nalayiq ifadələr işlədərək birgə yaşayış qaydalarını eyni zamanda polis əməkdaşlarının xidməti fəaliyyətlərini pozmuşdurlar. Məhkəmə iclası zamanı şahid X5 şahid X3 ilə eyni məzmunlu izahat verdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar