Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-92/2025 12.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X4 tərəfindən tərtib edilmiş 12 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Hacıqabul rayonu, Udulu kəndi ərazisində ictimai qaydaları pozaraq polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin XÜ-nün baş inspetoru X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Hacıqabul rayonu, 1-ci Udulu kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda fərdi əməklə məşğuldur. Təxminən 10 il bundan əvvəl su ehtiyyatları olmadığı üçün atası Ramiz Sariyevə məxsus olan torpaq sahəsində su gölü inşa etmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində həmin gölün bəndi yararsız hala düşdüyü üçün orada traktorla təmir işləri aparmışdır. Bir müddət sonra polis əməkdaşları onlara yaxınlaşmış, onlardan hansı əsaslarla qazıntı işləri apardığını, müvafiq sənədlərin olub-olmamasını soruşmuşdurlar, lakin o və qardaşı Səfalı Sariyev əsəbi olduqları üçün polis əməkdaşları ilə aqressiv formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdırlar. Polis əməkdaşları dəfələrlə onlara etdikləri əməlin qeyri-qanuni olmasını, ictimai qaydalara əməl etmədiklərini bildirmişdirlər. Lakin onlar polis əməkdaşları ilə sözlü mübahisə etməyə başlamış, uca səslə danışmış, ucadan ünvansız nalayiq ifadələr işlədərək birgə yaşayış qaydalarını eyni zamanda polis əməkdaşlarının xidməti fəaliyyətlərini pozmuş, polis əməkdaşları dəfələrlə onlara irad bildirsə də, qardaşı Səfalı Sarıyev polis əməkdaşlarının qanuni tələbinə qəsdən məhəl qoymayaraq daha da aqressivləşmiş, uca səslə danışmış, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, daha sonra o polis əməkdaşına “heç kim mənə heç nə edə bilməz və.s” ifadələr işlədərək uca səslə danışmış, ucadan ünvansız söyüşlər söymüş, təxminən 15-20 dəqiqədən sonra onları Hacıqabul rayon Polis Şöbəsinə gətirmişdirlər. Lakin onlar yenə də Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq ictimai qaydanı pozmuşdurlar. Onlar polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq hərəkətlərinə davam edərək inzibati binada iş fəaliyyətinə mane olmağa davam etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, lakin qardaşı Səfalı Sarıyev polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Hacıqabul RPŞ-nin PPXB-də manqa komandiri işləyir, rütbəsi polis baş serjantıdır. xx.xx.2025-cü il tarixdə saat 17 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantları Mahmud Mehtiyev, Yunis Muradbəyli və polis leytenantı Məhərrəm Quluzadə ilə birlikdə rayonu Udulu kəndində xidmətdə olan zaman 2 nəfər şəxsin 1-ci Udulu kəndində traktorla qazıntı işləri aparmasını görmüşdürlər. Həmin şəxslərə yaxınlaşıb özlərini onlara təqdim etmişlər. Onlardan hansı əsaslarla qazıntı işləri aparmasını, müvafiq sənədlərinin olub-olmamasını soruşmuşdurlar. Lakin, həmin şəxslər onlarla aqressiv formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdırlar. Onlara etdikəri əməlin qeyri-qanuni olmasını, ictimai qaydalara əməl etmələrini bildirmişdirlər. Lakin həmin şəxslər polis əməkdaşları ilə sözlü mübahisə etməyə başlamış, uca səslə danışaraq, ucadan ünvansız nalayiq ifadələr işlədərək birgə yaşayış qaydalarını eyni zamanda polis əməkdaşlarının xidməti fəaliyyətlərini pozmuşdurlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan müəyyən edilir ki, Şəxs həmin gün 17:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuş və həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Həmin Məcəllənin İXM-nin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-92/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-92/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver