Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-94/2023 28.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Ələtli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Ələtli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 16(071)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Hacıqabul rayon Məhkəməsinin icraatında olan 2(071)-310/2023 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə qanuni qüvvəyə minənədək Hacıqabul rayonu, Ələtli kəndində yerləşən Şəxs və digər şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023cü il tarixədək əkilmiş əkililərin becərilməsinə və biçilməsinə hər hansı formada maneəçiliyin törədilməsi Şəxs qadağan edilmişdir. Borclu Şəxs icra sənədi üzrə qadağalara məhəl qoymayaraq xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsində şumlama işləri aparmışdır. Məhkəmə iclasında icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Hacıqabul Rayon Məhkəməsinin 16(071)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs mülkiyyətində olan Hacıqabul rayonu, Ələtli kəndində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək əkilmiş əkililərin becərilməsinə və biçilməsinə hər hansı formada maneəçiliyin törədilməsi Şəxs qadağan edilmişdir. Borclu Şəxs icra sənədi üzrə qadağalara məhəl qoymayaraq həmin torpaq sahəsində şumlama işləri aparmışdır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, həmin torpaq sahəsi özünə məxsusdur. Zərərçəkmiş şəxs 30 ildir ki, torpaq sahəsini zəbt edib əkin işləri görmüşdür. Torpaq sahəsi özünə məxsus olduğu üçün şumlama işləri aparmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Hacıqabul rayon Məhkəməsində cavadeh Şəxs qarşı torpaq mübahisəsinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs və digər şəxsin xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Ələtli kəndində yerləşən torpaq sahəsində onun tərəfindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək əkilmiş əkililərin becərilməsinə və biçilməsinə hər hansı formada maneəçiliyin törədilməsi Şəxs qadağan edilmişdir. Lakin, borclu Şəxs icra sənədi üzrə qadağalara məhəl qoymayaraq həmin torpaq sahəsində şumlama işləri aparmışdır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(071)-4/2023 nömrəli icra sənədindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin icraatında olan 2(071)-310/2023 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə qanuni qüvvəyə minənədək Şəxs və digər şəxsin xüsusi mülkiyyətində olan Hacıqabul rayonu, Ələtli kəndində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək əkilmiş əkililərin becərilməsinə və biçilməsinə hər hansı formada maneəçiliyin törədilməsi Şəxs qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(071)- 4/2023 nömrəli icra sənədini dərhal icra etməsi üçün borclu Şəxs hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, icra sənədinə əsasən Şəxs zərər çəkmiş şəxsin əkdiyi əkinləri becərməsi və biçməsinə hər hansı formada maneçilik törətməməli olduğu halda, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş, müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icrasına laqeyd yanaşmış, həmin torpaq sahəsində şumlama işləri aparmaqla, zərər çəkmiş şəxsin əkdiyi əkinləri məhv etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(071)-94/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-94/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver