Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-94/2025 17.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6, 327.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 18:20 radələrində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində “Vaz 21124” minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6, 327.3 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə edərkən sürücülük vəsiqəsi olmamışdır. Polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsinin ödənilməmiş cəriməsi olduğundan polis əməkdaşları tərəfindən “saxla” əmri verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, atası xəstə olduğundan ona dərman vasitələri almaq məqsədi ilə avtomobil ilə yola çıxmışdır. Aldığı dərman vasitələrini atasına vaxtında çatdırmaq istədiyindən yol polisi əməkdaşlarının “saxla” əmrinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin polis serjantı Mürsəl Səmədov izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsinin ödənilməmiş cəriməsi olduğundan polis əməkdaşları tərəfindən “saxla” əmri verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:15 radələrində idarə etdiyi “Vaz 21124” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, M.F.Axundov küçəsi ilə hərəkətdə olarkən avtomobilin iki aydan çox ödənilməyən cərimə borcu olduğu üçün həmin ərazidə xidmətdə olan Hacıqabul RPŞ-nin DYPB-nin YPX əməkdaşları ona avtomobili saxlama işarəsi vermişdir. Lakin o, avtomobilin həbsi olduğuna görə və avtomobili idarə etməyə etibarnaməsi və sürücülük hüququ olmadığı üçün avtomobili saxlamamış, ərazidən uzaqlaşmağa çalışdır. Bu zaman nahamar yolda idarəetməni itirmiş və avtomobilin sol hissəsi dəmir yolunun üzərindən keçən piyada pilləkənini saxlayan beton dirəyə dəymişdir. O, yol nəqliyyat hadisəsi törətsə də, yenə də polisə məlumat vermədən avtomobili idarə edərək ərazidən uzaqlaşmış və evlərinə yaxın ərazidə dayanmışdır. Sonradan əraziyə gələn Hacıqabul RPŞ-nin DYPB-nin YPX əməkdaşları onu avtomobili ilə bir yerdə polis şöbəsinə gətirmiş, polis şöbəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Yol nəqliyyat hadisəsi zamanı avtomobildə tək olmuş, heç bir bədən xəsarəti almamışdır. Hadisə nəticəsində “Vaz 21124” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsü, stop işığı sındı, sol ön və arxa qapıları, sol arxa qanadı əzilmişdir. “Avtomotoservis və ticarət Müəssisəsi” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Vaz 21124” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 765 manat zərər dəymişdir. “X1” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2025-ci il tarixdə saat 19:00-da verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 191 saylı tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.2006-cı il təvəllüdlü Şəxs müayinə olunan zaman onun spirtli içki qəbul etmədiyi (ayıq olduğu) məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.1, 332.1, 327.6, 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 327.6, 327.3-cü maddələrində ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6, 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6, 327.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-94/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-94/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver